SON XƏBƏRLƏR

Milli-mədəni fəallar ETTELAATa çağırılıb, SMS-lərdə isə problem yaradılıb

2021.10.20, 07:36
Milli-mədəni fəallar ETTELAATa çağırılıb, SMS-lərdə isə problem yaradılıb

Gunaz.tv

GünAz TV: Urmuda 20 nəfər milli-mədəni fəal ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb, bir çoxu isə həmin orqan tərəfindən təhdid edilib.

 

Məlumata görə oxşar vəziyyət Güney Azərbaycanın bir neçə şəhəri o cümlədən Meşkinşəhrdə də var.

 

GünAz TV mətbuat mərkəzinin “Hrana”-ya istinadən yaydığı məlumata görə, ETTELAATın bu kimi təzyiqlərindən başqa SMS sistemində də problem yaşanmaqdadır. Belə ki, “Urmu Gölü” vəya “Urmiyyə Dəryaçəsi” yazılmış SMS-lər hədəfə çatmırlar.

 

Xatırladaq ki, ETTELAATın hərəkətə keçib və Milli Hərəkatçılara təzyiqi, azərbaycanlıların Urmu Gölü ilə bağlı yaranmış vəziyyət və  xüsusi ilə parlamentin Urmu Gölünü qurumaqdan qurtarmaqla bağlı iki təcili plana (tərhə) qarşı çıxması səbəbindən, Etiraz Yığıncaqlarına hazırlaşması ilə əlaqədardır. Azərbaycanlıların kütləvi etirazından vahiməyə düşən rejim, önləyici tədbir kimi öz təzyiqlərini davam etdirməkdədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar