SON XƏBƏRLƏR

Milli-mədəni fəallar Təbrizin Eynalı yüksəkliklərində bir araya gələcək

2021.10.20, 07:36
Milli-mədəni fəallar Təbrizin Eynalı yüksəkliklərində bir araya gələcək

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Hərəkatının bir qrup fəalı hər cümə axşamı günü Təbrizin Eynalı yüksəkliklərində bir araya gəlməyə qərar verib.

 

Bu barədə GünAz TV-yə məlumat verən milli fəallardan biri bildirib ki, “bir qrup milli fəal olaraq hər cümə axşamı günü, axşam saatlarında Eynalı yüksəkliklərində toplaşmağa qərar vermişik. Bu yığıncaq ictimai-mədəni xarakter daşıyacaq. Məqsəd Azərbaycanın mədəniyət və kimliyini unutmamaq və onu dəyərləndirməkdir. Yığıncağın heç bir siyasi yönü olmayacaq.”

 

Fəalın dediyinə görə, yığıncaq davamlı olaraq keçiriləcək və Rəməzan ayından sonra həftənin cümə axşamı deyil, hər cümə günü, səhər saatlarında baş tutacaq.

 

Maraqlananlar hər cümə axşamı Təbriz vaxtı ilə saat 20:30-da Eynalı yüksəkliklərinin ətəyindəki birinci düşərgədə milli fəallara qoşula bilərlər.

 

Mayın 11-də Təbriz və ətraf şəhərlərdən olan milli fəallar bir neçə ətraf mühit tərəfdarı ilə birlikdə Eynalı yüksəkliklərinə çıxmışdılar. Yığıncaqda Azərbaycan musiqisi ilə milli rəqslərimiz nümayiş etdirilmişdir.

 

N.S 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar