SON XƏBƏRLƏR

Milli Qiyamın ildönümü ərəfəsində onlarla azərbaycanlı fəal Ettelaat İdarəsinə çağırılıb

2021.10.20, 07:36
Milli Qiyamın ildönümü ərəfəsində onlarla azərbaycanlı fəal Ettelaat İdarəsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Ötən illərdə olduğu kimi, bu il də Milli Qiyamın 13-cü ildönümü ərəfəsində azərbaycanlı milli-mədəni fəallara təzyiqlər artıb.

 

Yerli mənbələrdən aldığımız məlumata görə, Azərbaycanın müxtəlif məntəqələrində onlarla fəal Ettelaat İdarəsinə çağırılaraq dindirilib, onlara Milli Qiyamın ildönümündə hərhansı tədbir keçirməklə bağlı xəbərdarlıq edilib.

 

Ettelaat İdarəsinə çağırılan fəallardan hələlik bir neçəsinin kimliyini müəyyənləşdirmək mümkün olub. Rəsul Rəzəvi, Cavid Nəzmi, Şahin Bərzgər, Babək Hüseyni Müqəddəm, Əkbər Mühaciri, Hüseyn Məhəmmədiyan və Səccad Budaği təhlükəsizlik orqanlarına çağırılan fəallar arasındadır.

 

Adı çəkilən fəallardan 2-i çağırılan idarəyə müraciət etmədiyi üçün evdən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, onlar bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar