SON XƏBƏRLƏR

Emin Hüseynov: “Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”

2022.10.08, 06:41
Emin Hüseynov: “Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”

Gunaz.tv

 "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edən Emin Hüseynov bildirib ki, Qarabağ öz zəngin təbiəti ilə Azərbaycanın zəngin tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir: “Qarabağın turizm potensialından istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür. 

Birincisi, ərazidə təhlükəsizliyin təmin edilməsi, ikincisi, infrastruktur yaradılması və üçüncüsü əhalinin geri qayıtması. 

Ağdam və Füzulidə Zəfər və açıq hava altında işğal muzeyimiz olacaq. Hazırda Füzuli meşə parkı və Ağdam meşə parkının müfəssəl layihə planı hazırlanma mərhələsindədir. Biz azad olmuş ərazilərdə bütün infrastrukturu təmin etməklə yanaşı əhalinin qayıtmasını da təmin edəcəyik. 

Bu qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq. Təbii ki, vətəndaşımızın qayıdışını təmin edəcək əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Təkcə Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar