GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
Fəht Təşkilatı HƏMAS-ı öldürmə və oğurluqda ittiham edib
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
ABŞ iranlı hakerlər barədə məlumat verənlərə mükafat təyin edib
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
Vaşinqton 3 şəxs və 2 cəmiyyətə sanksiya tətbiq edib
İsrail İranın S-300 raketlərini məhv edib!
Şimali Koreyanın rəsmilərindən ibarət heyət İrana səfər edib
Argentina iran daxili işlər naziri Əhməd Vəhidinin həbsini tələb etdi
Estoniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İsrail Silahlı Qüvvələri “Hizbullah” Hava Qüvvələrinə bağlı iki terrorçunu məhv etdi
Urmuda hicaba görə qarşıdurma olub
Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Şərqi Azərbaycanda məktəblərin 30 faizi qəzalı vəziyyətdədir
“İdmançılara dəyər verilmir” - iranlı qapıçı
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
Qrossi yenidən İranla bağlı xəbərdarlıq etdi
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
Şoyqu: Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Tehranda sosial media fəalları həbs edildi
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
Ərəb olduğuna görə işlə təmin olunmur
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
"Bayden İrana qarşı yeni neft sanksiyalarını icra etməyəcək"- Blumberq
Belçika: SEPAH terror təşkilatı elan edilsin
Güney Azərbaycanın şəhərlərində etiraz aksiyası keçirilib
Britaniya Ukraynaya tarixinin ən böyük maliyyə yardımını edəcək
Güneyli aktivistin mühakimə prosesi keçirilib
Avropa Birliyi ölkələri İranla bağlı razılaşdı
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
İran hərbi xərclərini artırdı
KİV: Almaniya Ukraynaya zirehli maşınların göndərilməsini dayandırıb
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
Boyer Əhməd də 69 gənc intihar edib
Kuleba Aİ XİN rəhbərlərinə: Debat deyil, hərəkət etmək vaxtıdır
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı çıxan 7 nəfər saxlanılıb
Peskov: Rusiya və Azərbaycan münasibətləri inkişaf etdirmək istəyinə malikdir
Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası üzrə daha bir işçi qrupu yaradılıb
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
GünAz TV: İranda 4 mindən çox türk öyrənci prezident Həsən Ruhaniyə məktub yazaraq ölkədə türk dilinin rəsmi olmasını tələb edib.
Məlumata görə, bir qrup azərbaycanlı öyrənci 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə imzatoplama kampaniyası təşkil edib. Kampaniyada toplanan imzalar öyrəncilərin məktubu ilə birlikdə İran prezidentinə göndərilib.
İranın hər yerində türk dilində danışıldığını qeyd edən öyrəncilər bildirib ki, “türk dili, fars dilinin malik olduğu bütün imtiyazlar və statusa malik olmalıdır. Türk dili yalnız müəyyən bir məntəqənin dili kimi qəbul olunmamalıdır.”
Məktubda türklərin milli və mədəni hüquqlarından əlavə İranda yaşayan digər qeyri-fars millətlərinin hüquqlarına da təkid olunub. Həmin millətlər də türklər kimi ana dilində təhsil hüququndan məhrum edilib.
Kampaniyanı başladan fəallardan biri, Urmiyə Universitetinin öyrəncisi Zəkərya Səfayi çərşənbə günü “Azadlıq Radiosu”na verdiyi müsahibədə toplanan imzaların 4 mindən çox olduğunu, məktub prezidentə göndərilənə qədər imzaların daha da artacağını diqqətə çatdırmışdır.
“Kampaniyaya qatılanların əksəriyyətini Təbriz, Urmiyə, Zəncan və Marağa universitetlərinin öyrənciləri təşkil edir. Qaşqay türkləri də bu kampaniyaya aktiv dəstək verib.
Kampaniyanı digərlərindən fərqləndirən əsas məsələ öyrəncilərin həqiqi ad və imzaları ilə kampaniyaya qoşulmasıdır. Onlar hətta öyrənci kodu ilə də imza atıblar. Halbu ki, İranda keçirilən kampaniyaların əksəriyyəti sosial şəbəkələrdə və rəqəmsal şəkildə keçirilir”- deyə o bəyan edib.
Urmiyə Universitetinin öyrəncisi prezidentin müraciətə reaksiyası ilə bağlı verilən suala belə cavab verib: “Hökumətdən müsbət cavab gözləmirik. 3 il əvvəl də belə bir tədbirə əl atılmışdır, lakin heç bir nəticə əldə olunmadı.”
Z.Səfayi bu kampaniyanı müxaliflər və məsullar üçün bir xəbərdarlıq kimi qiymətləndirib.
Bu arada bir neçə azərbaycanlı fəal 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibəti ilə ana dilində təhsil tələb edən plakatlar qardırıb, türk dilində təhsilə qoyulan qadağaya etirazlarını bildiriblər.
Təbriz və Tikantəpə (Tikab) kimi bir neçə Azərbaycan universitetlərində isə öyrəncilər İran rejiminin asimilasyon siyasətinə qarşı mədəni etirazlarını dilə gətiriblər.
İran konstitusiyasına əsasən fars dili ilə yanaşı ölkədə bütün millətlərin dilinin tədris olunması sərbəstdir. İslam inqilabından təxminən 40 il keçir, lakin konstitusiyanın 15-ci maddəsi icra olunmur. Bir çox soydaşımız isə türk dilinin tədris olunması deyil, türk dilində təhsil almağı tələb edir və bu istiqamətdə mübarizə aparır. Beynəlxalq Ana Dili Günü ərəfəsində türk dilində təhsil tələbi ilə həyata keçirilən tədbirlər də bu sıradandır.
BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.
Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21-22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi Ana Dili Günü adlandırılması haqqında müraciət ediblər. YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilməsi tövsiyə edilib.
Prezidentə göndərilən məktub:
N.S
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
"Dünyada sabitliyə ən böyük hədə İrandır"- İsaq Herzoq
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Qəzvində sosial media fəalları həbs edilib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail Suriyanın şimalını bombalayıb
Milli fəallar istintaq idarəsinə çağırılıb
ABŞ İranın hərəkətləri əleyhinə qarşı "birgə strategiya" planı hazırlayır
İran səfiri yenə qırmızı xətdən danışdı
Sistan və Bəlucistanda zəlzələ olub
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb
Kemeron: İsrailin İranın hücumuna cavab vermək qərarı verdiyi aydındır
Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq
Kreml: Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasına başlanılıb
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
İsrail niyə İsfahanı hədəf aldı?
İran yenədə "Şirin quyruğu"ndan danışdı
İsrail İrana hava zərbələri endirib
İsrail Suriyanın şimalını bombalayıb