Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09 22:44

İranda Koronavirusla Mübarizə Milli Qərargahının elmi komitəsinin üzvü Minu Mohrəz avqustun 9-da mediaya açıqlamasında ölkədə pandemiya yoluxucu xəstəliyinin son durumundan danışıb.

Gunaz.tv Quote | Gunaz article


Məhərrəmlik mərasimləri keçiriləcəyi təqdirdə “Covid-19” infeksiyasının əhali arasında geniş yayılcağı barədə xəbərdarlıq edən Minu Mohrəz deyib ki, İran Səhiyyə Nazirliyinin mövcud tövsiyə və protokolları məhərrəmlikdə xəstəliyə yoluxmanın qarşısını ala bilməyəcək: “ Biz koronavirusla mübarizədə qətiyyət göstərməmişik. Halbuki, bu virus mutasiya edib və əvvəlkindən daha güclənib. Belə ki,  onun yoluxdurma gücü demək olar ki, təxminən 10 dəfə artıb. Vəziyyət belə gedərsə, payızdan başlayaraq bizim xəstəliklə bağlı vəziyyətimiz daha da pisləşəcək.


Hazırda ölkənin bir çox əyalətlərində, o cümlədən də Tehran əyalətində xəstəxanaların əksəriyyəti xəstələrlə doludur və hətta reanimasiya şöbələrində belə boş çarpayı yoxdur.


Məhərrəmliyə və onunla bağlı mərasimlərin keçirilməsinə gəlincə, hesab edirik ki, məhərrəmlik mərasimlərində maska taxmaqla xəstəliyin yayılmasının qarşısını almaq mümkün olmayacaq. Çünki, bu mərasimlərə qatılan əzadarlar göz yaşları və tər tökəcək, maskalar da islanacaq. Maska da islanarsa artıq işə yaramıyacaq. Məhərrəm ayının əzadarlıq mərasimi adi bir toplantı və ya yığıncaq deyil və belə bir mərasimdə sosial məsafə saxlamaq və ona riayət etmək heç cürə mümkün olmayacaq.


Düşünürəm ki, məhərrəmlik mərasimində koronavirusun geniş yayılma təhlükəsi barədə media vasitəsilə insanlara xəbərdarlıq edilməlidir. Xəstəliyin yayılmasının qarşısını almaq üçün yaxşısı budur ki, bu il əzadarlar evdə qalıb əzadarlıqlarını evlərində etsinlər və belə mərasimlərin “Hüseyniyyələr”də keçirilməsi də dayandırılsın” –deyə, İranda Koronavirusla Mübarizə Milli Qərargahının elmi komitəsinin üzvü Minu Mohrəz əlavə edib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xuzistan etirazları daha bir neçə əyalətə yayılıb: Şadqanda isə naməlum şəxslər 4 polisə odlu silahlardan atəş açıblar - VİDEO

2021-07-25

gun az article

Müdafiə Nazirliyi: Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub - VİDEO

2021-07-25

gun az article

Sistan-Bəlucistanda öldürülən 4 “Sepah”çının kimliyi açıqlanıb

2021-07-25

gun az article

“Sepah” və Livan “Hizbullah”ının 2 komandiri Suriyada öldürüldü

2021-07-25

gun az article

AKP -dən Ermənistana xəbərdarlıq: “İcazə verilməyəcək...”

2021-07-25

gun az article

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

2021-07-25

gun az article

Türkiyə ordusu qisas aldı- 7 terrorçu məhv edildi

2021-07-25

gun az article

Afrikanın cənubunda rekord: görünməmiş şaxta...

2021-07-25

gun az article

Ermənistanda COVİD-19-a yoluxanların sayı 228 798 nəfərə çatıb

2021-07-25

gun az article

Tokio-2020: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

2021-07-25

gun az article

Suriyada PKK-çıların hücumu zamanı 2 Türkiyə hərbçisi şəhid olub

2021-07-25

gun az article

Azərbaycanda son sutkada 412 nəfər COVID-19-a yoluxub

2021-07-24

gun az article

İranın Sistan-Bəucistan əyalətində 4 “Sepah”çı öldürülüb

2021-07-24

gun az article

“YAŞAT” indiyədək 8330 nəfəri öhdəliyə götürüb

2021-07-24

gun az article

İranda xristianlığı qəbul edən 4 nəfər Dezful inqilab məhkəməsinə çağırılıb

2021-07-24

gun az article

Pakistan Əfqanıstanla sərhədə ordu yeridib

2021-07-24

gun az article

Əfqanıstanda son sutkada "Taliban”ın 262 silahlısı öldürülüb, 176-sı yaralanıb

2021-07-24

gun az article

Serbiya xarici işlər naziri Azərbaycana səfərə gəlir

2021-07-24

gun az article

Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın olub - VİDEO

2021-07-24

gun az article

Rusiyada virusdan ölənlərin sayı 153 mini ötdü

2021-07-24