SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİ İLƏ GÖRÜŞƏN 70 UNİVERSİTET MÜƏLLİMİ HƏBS EDİLİB

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİ İLƏ GÖRÜŞƏN 70 UNİVERSİTET MÜƏLLİMİ HƏBS EDİLİB

Gunaz.tv
İran adlanan yerin prezidentliyinə namizəd olmuş Mirhüseyn Musəvi iyunun 24-də universitet müəllimləri ilə görüşüb. “Media forum” saytının məlumatına görə, mülki geyimli polis qüvvələri görüş keçirilən məkana müdaxilə edərək Mirhüseyn Musəviylə görüşə gələnlərin hamısını - 70 universitet müəllimini saxlayıblar. Müəllimlərin hazırda harada saxlanması barədə hər hansı xəbər yoxdur. Universitet müəllimlərinin həbsi barədə məlumat yayan Mirhüseyn Musəviyə bağlı “Kələmə” saytı tutulanların ölkə ali təhsil ocaqlarında fəaliyyət göstərən Müəllimlərin İslam Birliyi təşkilatlarının üzvü olduğunu bildirib. Məlumatda iyunun 12-də keçirilmiş prezident seçkisindəki saxtakarlıqlara etirazlar başlanandan bu günə qədər İranda ən azı 240 tanınmış ictimai-siyasi fəal və və jurnalistin, 1200-dən çox etirazçı vətəndaşın həbs edildiyi vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar