SON XƏBƏRLƏR

Mirmahmud Mirəlioğlu: "Elçibəyin bütövlükdə Şərq üçün müstəsna xidmətləri var"

2021.10.20, 07:36
Mirmahmud Mirəlioğlu: "Elçibəyin bütövlükdə Şərq üçün müstəsna xidmətləri var"

Gunaz.tv
Mirmahmud Mirəlioğlu: "Elçibəyin bütövlükdə Şərq üçün müstəsna xidmətləri var" "Əbülfəz Elçibəy həm siyasi lider, həm də dövlət xadimi kimi Azərbaycanın çağdaş tarixində bütün stereotipləri dağıtdı. Buna görə də təkcə Azərbaycan üçün deyil, Yaxın Şərq üçün önəmli şəxs olduğunu təsdiqlədi". Bunu "OLAYLAR"a açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu deyib. M.Mirəlioğlu Elçibəyi böyük demokrat və dövlət xadimi kimi xarakterizə edib. Onun sözlərinə görə, Elçibəyin təkcə ölkə üçün deyil, bütövlükdə Şərq üçün müstəsna xidmətləri var: "Elçibəy demokrtik seçkilərin, qadın hüquqlarının qorunmasının, qadınlara dövlət idarəetməsində önəm verilməsinin tərəfdarı idi. Elçibəy barış tərəfdarı idi, Azərbaycanda yaşayan digər xalqlara münasibətdə tolerant idi. Onun etnik qruplarla bağlı sərəncamı MDB məkanında ilk və son mütərəqqi qanun oldu. Onun bu addımı bütün dünya tərəfindən təqdir olundu".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar