SON XƏBƏRLƏR

Mişel Platini: “Türkiyə - Xorvatiya oyununu da tribunadan izləyəcəyəm”

2021.10.20, 07:36
Mişel Platini: “Türkiyə - Xorvatiya oyununu da tribunadan izləyəcəyəm”

Gunaz.tv
Mişel Platini: “Türkiyə - Xorvatiya oyununu da tribunadan izləyəcəyəm” UEFA prezidenti Mişel Platini Avropa çempionatının 1/4 finalına vəsiqə qazanan Türkiyə yığmasını təbrik edib. “APA-Sport” agentliyinin məlumatına görə, A qrupu çərçivəsində iyunun 15-də keçirilmiş Türkiyə - Çexiya matçını FİFA prezidenti Yozef Zepp Blatterlə birgə izləyən M.Platini oyunun gərgin və maraqlı alındığını bildirib. Fransalı prezident rəqibini 3:2 hesabı ilə məğlub edərək, qrup mərhələsini adlayan türkiyəlilərin ünvanına xoş sözlər söyləyib: “Bu, çempionat başlayandan indiyədək ən çox həyəcan keçirdiyim qarşılaşma oldu. Hər şeyə son 15 dəqiqədə aydınlıq gəldi. Birinci və ikinci hissələrdə Türkiyə milli komandası tam fərqli nəzərə çarpırdı. Türkiyəlilərdən Hamit Altıntop, Emre Aşık, Servet Çetin, Arda Turan və Nihat Kahveçi qitə birinciliyinin ən güclü futbolçularından sayılır”. M.Platini iyunun 20-də Türkiyə və Xorvatiya arasında baş tutacaq 1/4 final qarşılaşmasını da tribunadan izləyəcəyini vurğulayıb. ---------------------------------------------------------------------- Bakının “İnter” klubu Hakan Şükürün transferi üçün 3 milyon dollar təklif edib “Xəzər-Lənkəran”ın ardınca Bakının “İnter” klubu da Türkiyə milli komandasının sabiq kapitanı Hakan Şükürü heyətində görmək istəyir. “APA-SPORT” agentliyinin Türkiyə mətbuatına istinadən məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “İnter” komandasının rəsmiləri 37 yaşlı hücumçunu transfer etmək üçün danışıqlara başlayıb. H.Şükürə bir illik müqaviləyə görə 3 milyon dollar təklif etdiyi bildirilir. “Qalatasaray” klubu ilə vidalaşan veteran futbolçu Bakı klubunun rəsmilərinə hələlik qəti cavab verməyib və təklifləri dəyərləndirir. Qeyd edək ki, H.Şükürlə xeyli vaxtdır danışıqlar aparan “Xəzər-Lənkəran” klubu futbolçunun bir illik transferi üçün 3 milyon avro təklif edib. ------------------------------------------------------------------------- “Bakı” Makedoniya milli komandasının daha bir futbolçusunu transfer etmək istəyir 14:25 17-06-08 Makedoniya milli komandasının daha bir futbolçusu “Bakı” klubunun maraq dairəsindədir. “APA-SPORT” agentliyinin məlumatına görə, bunu Makedoniya mətbuatına açıqlamasında “Bakı”nın baş məşqçisi Qyoko Hacievski deyib. 32 yaşlı hücumçu Georgi Xristovla danışıqların hələ yekunlaşmadığını söyləyən 53 yaşlı mütəxəssis Draqan Naçevskinin də komandasında oynamasında maraqlı olduğunu gizlətməyib. 1980-ci il yanvarın 27-də anadan olan hücumameylli yarımmüdafiəçi karyerasının böyük hissəsini “Vardar” klubunda keçirib. 1998-2004-cü illərdə 116 matçda 25 qol vuran D.Naçevski iki dəfə Makedoniya çempionu adını qazanıb. Klubun tarixinə ən titullu məşqçi kimi düşən Q.Hacievski ilə 3 il (2000-2003) “Vardar”ın uğurları üçün çalışan yarımmüdafiəçi 2002 və 2003-cü illərdə ölkə çempionatının qalibi olub. 2004/05 mövsümündə vətənində “Madzari” klubunda çıxış edən D.Naçevski sonrakı illəri Yunanıstanda keçirib. 2005-2007-ci illərdə “Erqotelis”də 68 matça 10, 2007/08 mövsümünün ikinci dövrəsində “Kerkira”da 20 matça 4 qol vurub. 2001-02-ci illər ərzində milli komandaya 10 dəfə dəvət olunan D.Naçevski yalnız 4 qarşılaşmada meydana çıxmaq şansı qazanıb və 1 qol da vurub. 2001-ci il sentyabrın 5-də “Şəfa” stadionunda keçirilən Azərbaycan – Makedoniya görüşündə yarımmüdafiəçi də iştirak edib. DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində keçirilən qarşılaşmada D.Naçevski 71-ci dəqiqədə oyundaşını əvəzləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar