SON XƏBƏRLƏR

Misir İranın Süveyş kanalı vasitəsilə Suriyaya neft ixracını məhdudlaşdırıb

2021.10.20, 07:36
Misir İranın Süveyş kanalı vasitəsilə Suriyaya neft ixracını məhdudlaşdırıb

Gunaz.tv

GünAz TV: Bəzi dünya KİV-lərinin məlumatına görə, Misir İran neft tankerlərinin Süveyş kanalından keçərək Suriya istiqamətində hərəkət etməsinə icazə vermir.

 

Səudiyyə Ərəbistanının “Al-Səudiyyə Əlan” qəzetində dərc edilən məqalədə də rəsmi Qahirənin gözlənilməz qərarla İran tankerlərinin bu istiqamətdə hərəkətini qadağan etdiyi öz əksini tapıb. Bundan öncə, mart ayının sonlarında “Wall Street” jurnalı “Amerikanın Misir hökumətindən İranın Süveyş kanalından keçən və Suriyaya neft daşıyan gəmilərinin hərəkətinin məhdudlaşdırmasını” istədiyi barədə məlumat dərc etmişdi.

 

Digər agentliklərin yazdıqlarına əsasən, bu maneədən sonra İran Suriyaya neft ixracatını İraq vasitəsi ilə quru yolla həyata keçirməyə məcbur olub. Bu müddət ərzində isə Suriyaya 1200 neft daşıyan tankerlə qara qızıl göndərilib.

 

Qeyd etmək lazımdır ki, hazırda yanacaq böhranı ilə üzləşən Suriya daxili tələbatı İrandan idxal etdiyi neftlə ödəyir. Bir çox məlumatlarda hazırda aylıq olaraq alınan miqdarın 2 milyon barel olduğu bildirilir.

 

“Al-Səudiyyə Əlan” qəzetinə əsasən, sanksiyalardan əvvəl İran rəsmi Bəşər Əsəd hökumətinə nefti pulsuz verirdi. Hazırda isə özü iqtisadi çətinliklərlə üzləşdiyindən, Suriya İrandan aldığı neftin ümumi məbləğindən 40%-ni ödəyəcək. Lakin mütəxəssislər bildirirlər ki, təqribən 8 ildir vətəndaş müharibəsi kimi problemi olan Suriya bu pulu ödəmək iqtidarında deyil. Bu cür məlumatlar bilərəkdən İran rejimi tərəfindən daxili narazılıqları yatırtmaq üçün yayılır. 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar