SON XƏBƏRLƏR

Mixail Saakaşvili Rusiyaya sülh təklif edir

2021.10.20, 07:36
Mixail Saakaşvili Rusiyaya sülh təklif edir

Gunaz.tv
Mixail Saakaşvili Rusiyaya sülh təklif edir 20080809213652_1.jpg Gürcüstan prezidenti Mixail Saakaşvili növbəti dəfə bəyan edib ki, ölkəsi atəşi dayandırmağa və Rusiya ilə danışıqlara başlamağa hazırdır: «Mən Rusiya prezidenti dmitrii Medvedevi müraciət etmişəm ki, bu dəliliyə son qoyulsun» deyə Gürcüstan prezidenti yaralılara baş çəkərkən bildirib. Lakin Rusiya prezidentinin mətbuat xidməti bəyan edib ki, onlar atəşkəs təklifi almayıblar. Rusiyanın Müdafiə Nazirliyi də belə bir müraciətdən xəbərsizdir. Qeyd edək ki, Gürcüstan prezidenti Qərb jurnalistləri üçün keçirdiyi mətbuat konfransında da bildirib ki, rəsmi Tiflis, atəşin dayandırılmasına tərəfdardır: «Biz həmişə münaqişələrin dinc yolla nizamlanmasını istəmişik. Lakin Cənubi Osteiya münaqişə zonasındakı əhalinin təhlükəsizliyinin təmin olunması üçün regionda qanunçuluğun və sülhün bərqərar olması istiqamətində tədbirlər görməyə məcbur idik».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar