Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15 15:30

Şərqi Azərbaycan əyalətində ağır yol nəqliyyat qəzası baş verib. Şərqi Azərbaycan əyalətinin Yol Polisi İdarəsinin rəisi polkovnik Rza Kəriminejadın verdiyi məlumata görə, hadisə Miyana-Zəngan magistralında baş verib.

Gunaz.tv Quote | Gunaz article

“Səmənd” markalı minik avtomobili ilə “Xavər” yük maşını toqquşub. Nəticədə 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.

O, qəzanın “Səmənd” sürücüsünün səhvi ucbatından baş verdiyini bildirib.

Şərqi Azərbaycan əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya mətbuata verdiyi açıqlamada hadisənin bu gün səhər saat 05:53 radələrində baş verdiyini söyləyib.

Məlumata görə, 30 yaşlı ana, 35 yaşlı ata və onların 7 yaşlı qızları hadisə yerindəcə keçinib.

Qeyd edək ki, qeyd olunan yol, insan itkisi ilə nəticələnən qəzaların ən çox qeydə alındığı yollardan biridir.

Üç gün öncə Zəngan əyalətinin Yol Polisi İdarəsinin rəis əvəzi polkovnik Mehdi Minaxani  “İRNA” informasiya agentliyinə verdiyi açıqlamada bu ilin aprel-may aylarında baş verən yol qəzalarında ən azı 28 nəfərin həlak olduğunu açıqlayıb. 

Mehdi Minaxani bu sayın ötən ilin eyni dövrü ilə müqayisədə 33% artdığını bildirib.

Onun dediyinə görə, ötən il Zəngan əyalətində baş verən yol qəzalarında 208 nəfər həyatını itirib. 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30