SON XƏBƏRLƏR

Miyanada qardaş qardaşını qətlə yetirib

2021.10.20, 07:36
Miyanada qardaş qardaşını qətlə yetirib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində qətl və intihar hadisələrinin ardı-arası kəsilmir.

 

Bu dəfə Şərqi Azərbaycanın Miyana şəhərində iki qardaş arasında qanlı münaqişə baş verib.

 

Bu barədə Miyana Şəhər Polis İdarəsinin rəisi Tövhid Farsi martın 6-da mətbuata məlumat verib.

“Münaqişə barədə “110” Xəbər Mərkəzinə məlumat verildi. Bildirildi ki, bir nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Bundan dərhal sonra polis əməkdaşları xəstəxanaya göndərildi. Onlar 19 yaşlı bir gəncin ürək nahiyyəsindən bıçaqlandığına şahid olub. O xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib. Bundan sonra polis dərhal araşdırmaya başladı və qətlə yetirilən şəxsin qardaşı şübhəli şəxs qismində saxlanıldı.”- deyə o bildirib.

 

Tövhid Farsinin sözlərinə görə, yaxalanan şəxs cinayəti törətdiyini birinci dəqiqələrdə etiraf edib. O bildirib ki, qardaşı evə gec gəldiyi üçün aralarında münaqişə yaranıb və əsəbi şəkildə onun ürəyinə bıçaq zərbəsi vurub.

 

Polis rəisi artıq qətl törətdiyini etiraf edən şəxsin məhkəməyə təhvil verildiyini bildirib.

 

Qeyd edək ki, Güney Azərbaycanda qətl və intihar hadisələrinin artması təsadüfi deyil. Bir çoxları bölgədə intihar və qətl cinayətlərinin statistika göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Ölkə əhalisinin yaşadığı ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər şübhəsiz ki, insanların ictimai və fərdi həyatını dərindən ətkiləyir və bu kimi hadisələrə yol açır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar