O, Miyana şəhərinin “Poladəritmə” kompleksinin yarımçıq qalması ilə bağlı İranın Sənaye, Mədən və Ticarət naziri ilə danışmalarına baxmayaraq heç bir nəticənin əldə edilmədiyini deyib.
Gunaz.tv
"İlna" xəbər agentliyinin yanvarın 11-də verdiyi məlumata görə, Miyana şəhərindən İran Parlamentinə seçilən Mehdi İsmaili “Miyana Poladəritmə Kompleksi”nin 20 il öncə açılmasına baxmayaraq onun 3-cü mərhələsi belə işə salınmayıb.
Nümayəndə Miyanaya qarşı belə bir münasibətin olduğu vaxtda “Nişabur Poladəritmə Kompleksi”nin 9-cu mərhələsinin istifadəyə verildiyindən təəccübləndiyini bildirib.
O, kompleksin ildə 550 min ton armatur istehsal etmə potensialının olduğunu və 480 nəfəri daimi işlə təmin etdiyini söyləyərək, hökumətin belə ögey yanaşmasına görə bunu davam etdirə biləcəklərindən əmin olmadığını deyib.
C.E