SON XƏBƏRLƏR

Miyandabda (Qoşaçay) 8 milli fəalın məhkəmə qərarı icra olundu

2021.10.20, 07:36
Miyandabda (Qoşaçay) 8 milli fəalın məhkəmə qərarı icra olundu

Gunaz.tv
Miyandabda (Qoşaçay) 8 milli fəalın məhkəmə qərarı icra olundu DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən iki gün öncə Miyandab İnqilab məhkəməsi 8 nəfər Güney Azərbaycan milli hərəkat fəalı Cəlal Kudrilu, Behbud Qulizadə Şahrux Fəraməzli, Əhməd Ciddi, Həsən Purhüseyn, Yusif Şükri, məhkəmə tərəfindən çağırılaraq onlara qarşı qaldırılan ittihamlar əsasında hər birinə 500 dollar dəyərində nəğd cərimə nəzərdə tutulub. Xatırladaq ki, soydaşlarımız İran qəzetinin iki il öncə türkləri təhqir etdiyi karikatura etiraz olaraq kütləvi etiraz aksiyalarında iştirak etdikləri zaman həbs edilmiş, bunlarla yanaşı 35 nəfər milli hərəkat fəalı ETTELAAT məmurları tərəfindən uzun müddətli ağır işgəncələrə məruz qoyulmuşlar. Xatırladaq ki, həmin şəxslər Behbud Qulizadə, Cəlal Kudrilu, Şahin Həsəni, Şahrux Fəramərzi, Daryuş Əndəlidan, Eynulla Ahəngəri, Əli Sultani, Mustafa Dövlətxah, Əmir Ağazadə, Murtaza Lək, Behqam Məhəmmədi, Vəliyullah Zöhrabi və başqaları may hadisələrinin ildönümündə Qoşaçay ETTELAAT məmurları tərəfindən yenidən həbs olunaraq 37 gün müddətinə ETTELAAT təcridxanalarında ağır işgəncələrə məruz qoyulmuş, sonradan isə hər biri 40 min dollar girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. Son günlərdə may hadisələrinin ildönümü ərəfəsində milli hərəkat fəallarına qarşı təzyiq və təhdidlər artmağa başlayıb. Bütün milli hərəkat fəalları ETTELAAT idarəsinə çağırılaraq təhdid olunurlar ki, may hadisələrinin ildönümündə iştirak etməsinlər. Müvəqqəti azadlığa buraxılan milli hərəkat fəalları inqilab məhkəmələrinə çağrılaraq həbslər və cərimə olunurlar. qaynaq:www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar