GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
İranın 11 əyalətində daşqınlar; 1 bənd dağılıb
Ermənilər Tehranda soyqırım tədbiri keçiriblər
İsaril Hizbullahın 40 məntəqəsini məhv edib!
Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi
Türkiyədə 23 İŞİD üzvü saxlanılıb
Xanada silah-sursat aşkar edilib
Təbrizdə qadın azarkeşlərin stadiona girişlərinə qadağa qoyulub
Azərbaycan Ordusunda MN rəhbərliyinin iştirakı ilə komanda-qərargah təlimləri keçirilir
Ağ Ev Ukraynanın ərazi itkilərinin səbəbini açıqlayıb
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
İran məhkəməsi tanınmış reperi edama məhkum etdi
SEPAH-a üzvlükdə şübhəli bilinən şəxs həbsə məhkum olunub
Avropa Parlamenti İrana və SEPAH-a qarşı sanksiyaların genişləndirilməsini istədi
Portuqaliya bəşəriyyətə zidd tarixinə görə kompensasiya ödəmək istəyir
Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı birtərəfli bəyanatları rədd edib
Buşehrdə onlarla sosial media fəalı həbs edilib
"Biz də Azərbaycanın komandasıyıq" Süngün Futbol Klubu
HƏMAS mülki sığınacaqlardan raket atır
Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
Kamala Harris: ABŞ İsraili İran qarşısında dəstəkləyəcək
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Sayın Qala şəhərinin girişində azərbaycanca qarşılama sözləri ləğv edilib
Cümə namazlarında iştirak edən yoxdur- Xaməneinin ofisinin nümayəndəsi
Fəht Təşkilatı HƏMAS-ı öldürmə və oğurluqda ittiham edib
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
ABŞ iranlı hakerlər barədə məlumat verənlərə mükafat təyin edib
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib
Vaşinqton 3 şəxs və 2 cəmiyyətə sanksiya tətbiq edib
İsrail İranın S-300 raketlərini məhv edib!
Şimali Koreyanın rəsmilərindən ibarət heyət İrana səfər edib
Argentina iran daxili işlər naziri Əhməd Vəhidinin həbsini tələb etdi
Estoniya İranın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İsrail Silahlı Qüvvələri “Hizbullah” Hava Qüvvələrinə bağlı iki terrorçunu məhv etdi
Urmuda hicaba görə qarşıdurma olub
Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Şərqi Azərbaycanda məktəblərin 30 faizi qəzalı vəziyyətdədir
“İdmançılara dəyər verilmir” - iranlı qapıçı
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
Qrossi yenidən İranla bağlı xəbərdarlıq etdi
-Sizcə müstəqil bir struktur kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması hansı zərurətdən doğurdu?
-Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə aparılan islahatlar həyatımızın bütün sahələrini əhatə edir. Azərbaycan vətəndaşlarına xidmət sahəsində ASAN XİDMƏT nümunəsi hamımızın gözünün qarşısındadır. Bu sadəcə Azərbaycan brendi olaraq mühüm deyil.
Bu həm də Azərbaycanda xalqa xidmətin göstəricisidir. Hər şey şəffaf, hər şey aydın. Eyni aydınlıq, eyni şəffaflığı hərbi xidmətə çağırış və səfərbərlik məsələsində də tətbiq etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı.
Bilirsiniz ki, vətəndaşlarla Silahlı Qüvvələr arasında körpü rolunu məhz bu xidmət oynayır. Yeniyetmələrin xidmətə hazırlanması işi məhz Səfərbərlik Xidmətinin üzərindədir.
Əvvəl 16 indi isə 15 yaşında yeniyetmə oğlanların ilkin qeydə alınması, xidmətə göndərilməsi və daha sonra isə xidmətdən mülki həyata qayıdan zaman Səfərbərlik Xidməti sanmi bir körpü rolunu oynayır.
-Amma Səfərbərlik Xidmətinin fəaliyyəti təkcə həqiqi hərbi xidmətə çağırışla bitmir...
-Əlbəttə. Ehtiyatda olan zabitlər, gizirlər, çavuşlar, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, Çernobl əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları hər biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadır. Bu xidmət Silahlı Qüvvələrlə mülki strukturlar arasında körpü rolunu oynayır, bəzi hallarda isə bu strukturların fəaliyyətini koordinasiya edir. Xidmət iki mühüm işi yerinə yetirir. Bunun biri səfərbərlik, biri isə çağırışdır.
-2020-ci ildə xidmət üzərinə düşən missiyanı necə yerinə yetirdi?
-Vətən müharibəsi Səfərbərlik Xidmətinin əhəmiyyətini bir daha sübut etmiş oldu. Həmin günlərdə xidmətin üzərinə düşən əsas vəzifə xalqın səfərbərliyə hazırlanması və səfərbər olunacaq gənclərin hazırlanması məhz Səfərbərlik Xidmətinin üzərinə düşən vəzifədir. Ehtiyatda olan şəxslərin xidmətə hazırlanması çox mühümdür.
Rusiya-Ukrayna müharibəsi də bunun önəmini bir daha dünyaya göstərdi. Vətən müharibəsi göstərdi ki, bu sahədə Səfərbərlik Xidmətinin işi ən yüksək səviyyədə qurulub. Vətən müharibəsində iki amil mühüm rol oynayırdı: Birincisi - xalqın vətənpərvərliyi, dövlətə, bayrağa sevgi. İkincisi – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işinin düzgün qurulması.
-İşin düzgün qurulması özünü nədə göstərirdi?
-Yarandığı ilk gündən xidmət rayon və şəhərlərdə səfərbərlik təlimləri həyata keçirir. Müdafiə Nazirliyi ilə, Dövlət Sərhəd Xidməti ilə, DİN Daxili Qoşunları ilə, yerli icra hakimiyyətləri ilə birgə təlimlər həyata keçirilirdi. Hərbi qulluqçular ixtisasları, yaşı və sair göstəriciləri əsasında qeydə alınır. Bu qeydlər elektronlaşdırılır.
Yəni artıq müharibə başlayanda bəlli idi ki, ehtiyatda hansı sahənin mütəxəssisindən nə qədər var, yaşları hansı həddədir və sairə. Hansı hərbi struktur hansı hərbi mütəxəssisə ehtiyac duyacaqsa, Səfərbərlik Xidməti həmin mütəxəssis bazasından o xidmətə lazım olan hərbiçini yönəldirdi.
Zaman-zaman bu təlimlər həyata keçirilirdi, bu iş aparılırdı. Yerli icra hakimiyyəti orqanları ilə, mərkəzi icra hakimiyyəti orqanları ilə, hərbi strukturlarla bu iş aparılırdı və bəlli idi ki, harada nə qədər, hansı yaş qrupunda, hansı sahənin mütəxəssisi var.
Eyni zamanda rayonlarda maarifləndirmə aparıldığından müharibədə bu iş yüksək səviyyədə həyata keçirildi.
Qeyd edim ki, tək insan resursları yox, həm də nəqliyyat vasitələrinin də qeydiyyatı aparılmışdı. Nə qədər dövlət qurumlarında, nə qədər özəl şirkətlərdə, nə qədər fərdi şəxslərdə müharibə zamanı yararlı ola biləcək nəqliyyat vasitələrinin olduğu bəlli idi.
Dövlət qurumlarında, özəl şirkətlərdə və fərdlər arasında maarifləndirmə işinin vaxtında aparılması onunla nəticələndi ki, Silahlı Qüvvələr lazım olan nəqliyyat vasitələri ilə təmin edildi.
-Bir qədər əvvəl Səfərbərlik Xidməti ilə ASAN XİDMƏT arasında paralellər apardınız. Şəffaflıq sahəsində hansı yeniliklər var?
-Artıq hər bir şəxsdə xidmətə inam var. Xidmət yollanacaq şəxs baş idarə, yerli idarələrdən öncə bilir ki, hansı qoşun növündə, hansı hərbi hissədə xidmət edəcək. İlk məlumat şəxsin özünə gəlir. Onun mobil telefonuna mesaj gəlir. Eyni zamanda vətəndaş xidmətin saytında öz məlumatlarını daxil etməklə gələcək xidmət yeri haqqında məlumat ala bilər. Bütünlükdə bu iş şəffaflaşdırılıb. əvvəlki nöqsanlar aradan qaldırılıb. İndi insanların həm inamı var, həm də məmnunluğu var.
Hazırda hərbi həkim komissiyalarının işində də şəffaflıq yaradılıb. Xidmətə müraciətlər elektronlaşdırılıb. Vətəndaşlar qarşılaşdığı problemlərlə bağlı elektron müraciət edə bilər. Bu müraciətlərə dərhal reaksiya verilir. Yaranmış problem anındaca həll edilir.
-Xidmətin fəaliyyətinə ictimai nəzarət mexanizmləri necə qurulub?
-Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həm kütləvi informasiya vasitələri ilə, həm qeyri-hökumət təşkilatları ilə geniş əlaqələri qurulub. Bu əməkdaşlığın nəticəsidir ki, çağırış zamanı böyük tədbirlər təşkil olunur, bir bayram əhval-ruhiyyəsi yaradılır.
Bu tədbirlərdə hərbi yönümlü QHT-lər, vətəndaş cəmiyyəti nümayəndələri, eyni zamanda KİV rəhbərləri iştirak edir.
Hərbi xidməti başa vurmuş gənclərin qarşılanması mərasimini ilk dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təşkil edib. Bu tədbirlərin təşkilində əsas məqsəd gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə verməkdir.
-Ümumiyyətlə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bağlı daha hansı tədbirlər görülür?
-Gənclərin vətənpərvərlik tərbiyəsi Səfərbərlik Xidmətinin əsas prioritetlərindəndir. Vaxtaşırı “Vətənin müdafiəsinə hazıram” tədbirləri keçirilir. Bu tədbirlərdə məqsəd həm gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək, həm də lazım olan anda gənclərin səfərbərliyə hazır olmasıni aşılamaqdır.
Eyni zamanda hər il Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində kütləvi informasiya vasitələri nümayəndələri arasında atıcılıq yarışları keçirilir. Mühüm günlərdə, bayram və hüzn günlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tədbirlər təşkil olunur. Orta məktəb şagirdləri arasında inşa müsabiqələri keçirilir.
Bu müsabiqələri təşkil etməkdə də məqsəd uşaqlara vətənpərvərlik hisslərinin aşılanması və onlarda bu duyğuları daha da yüksəltməkdir.
-Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhid ailələri ilə işin təşkili barədə nə deyə bilərsiniz?
-Xidmətin şəhid ailələri ilə işi yüksək səviyyədə təşkil olunub. Hər bayramda xidmət rəisi general-polkovnik Arzu Rəhimov başda olmaqla şəhid ailələri ziyarət olunur. Bu ziyarətlərdə xidmət rəisi ilə yanaşı xidmət rəisinin müavinləri, idarə və şəbə rəisləri QHT rəhbərləri və kütləvi İnformasiya vasitələrinin baş redaktorları ilə birlikdə təşkil olunur.
Onlara ehtiram göstərilir. Xidmət hər zaman şəhid ailələrinə, müharibə qazilərinə, veteranlara, Çernobl əlillərinə, Əfqanıstan müharibəsi iştirakçılarına, 20 yanvar hadisələri qurbanlarının ailə üzvlərinə, Xocalı faciəsi qrbanlarına həmişə diqqət və qayğı ilə yanaşır. Onların müraciətləri dərhal baxılır. Xidmətə aid olan problemlər dərhal aradan qaldırılır.
Digər qurumlara bağlı olan problemlər dərhal həmin qurumlar qarşısında qaldırılır.
Bayram günlərində xidmət əməkdaşları öz evlərindən əvvəl şəhid ailələri və qazilərin evlərinə baş çəkir. Bunun çox böyük mənəvi-psixoloji əhəmiyyəti vardır.
Həm aprel döyüşlərində, həm Vətən mühariubəsində Səfərbərlik Xidməti əməkdaşları şəhidlərin dəfn mərasimlərinin təşkilində yaxından iştirak edib. Çətin anlarda onların ailələrinin yanında olub. Və bu təkcə həmin dövrdə olmayıb. Şəhidlərin ildönümlərində də xidmət bu qayğını, diqqəti göztərib və göstərməkdə də davam edir.
Xidmət rəisindən tutmuş xidmətin bütün kollektivi daim bu məsələdə öz həssaslıqlarını göstərirlər.
-Son olaraq nə demək istərdiniz?
-13 fevral Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günüdür. Əvvəla bu münasibətlə xidmət əməkdaşlarını təbrik edirəm. Və bir daha bildirmək istəyirəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi strukturlar içərisində çox mühüm bir yer tutur. Bu mühüm iş Azərbaycan dövləti üçün çox önəmlidir.
Əminəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşları bundan sonra da Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları layiqincə yerinəm yetirəcək və Azərbaycan Silahlı Qüvvələrində gedən islahatların aparıcı qüvvəsi olacaqdır.
Ayxan
Təbrizdə qadın azarkeşlərin stadiona girişlərinə qadağa qoyulub
KİV: Çin Şimali Koreyadan Rusiyaya silah daşınmasına yardım edir
HƏMAS mülki sığınacaqlardan raket atır
Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Prezident İlham Əliyev tanınmış güneyli alim Şapur Ənsariyə medal verdi
İsrail İranın S-300 raketlərini məhv edib!
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb
Türkiyə Prezidenti Ermənistana xəbərdarlıq edib: Fürsət qapıları həmişə açıq qalmır
Azərbaycan türkcəsindəki mətnləri "Onlayn" tərcümə edən proqram təqdim olunub
İranda məcburi hicab qaydaları növbəti dəfə sərtləşdirilir
ABŞ Dövlət Departamenti İranda insan haqları ilə bağlı illik hesabatını yaydı
Krım türklərinin Tərcüman adlı televiziyası fəaliyyətə başlayıb
Təbrizdə Urmu gölü ilə bağlı posterlər yayıldı
"Bosniyada müsəlmanlara qarşı törədilənlər soyqırımı olmayıb" İranın səfiri
2 il ərzində ölkənin yoxsul təbəqəsinin sayı 8 milyon nəfər artıb
"Dünyada sabitliyə ən böyük hədə İrandır"- İsaq Herzoq
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib
İran rejimi xeyrinə casusluqda şübhəli bilinən şəxs həbs edildi
Qəzvində sosial media fəalları həbs edilib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq
İran bölgə ölkələrini təhdid etməyi davam etdirir - Cəzalandırılacaqlar
İrana qarşı yeni sanksiyalara görə AB-nin sammiti çağırılacaq - AB liderləri bəyanat yaydı
Dörd azərbaycanlı fəalın dindirmə iclası keçirilib
İsrailin hücumu mesaj idi: Biz daha pisini də edə bilərdik
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq
İsrail niyə İsfahanı hədəf aldı?
İran yenədə "Şirin quyruğu"ndan danışdı
Azərbaycanın növbəti uğuru- Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
İsrail İrana hava zərbələri endirib
G7 İranı hədələdi: Rusiyaya silah vermə...
İsrail Suriyanın şimalını bombalayıb
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə problemi masa arxasında həll edib
Azərbaycan sərhədçiləri İrandan narkotik keçirilməsinin qarşısını alıb
İsrailin zərbəsi ilə bağlı ilkin DETALLAR!
Təbrizdə güclü partlayış səsləri eşidilib
Qəzvində sosial media fəalları həbs edilib
Güneyli aktivist məzuniyyətə göndərilib