SON XƏBƏRLƏR

Mnuçin: "Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə təlimat verib"

2021.10.20, 07:36
Mnuçin: "Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə təlimat verib"

Gunaz.tv

GünAz TV: Amerika prezidenti Donald Tramp Türkiyə əleyhinə yeni güclü sanksiyalar barədə səlahiyyətli orqanları təlimatlandırıb, lakin bu sanksiyaların aktivləşdirilməsi barədə hələ göstəriş verməyib.


APA-nın "France Press" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin mətbuat konfransında deyib.


O bildirib ki, maliyyə institutları Türkiyəyə mümkün sanksiyalar barədə təlimatlandırılıblar.


"Əgər ehtiyac duyularsa, biz Türkiyənin iqtisadiyyatını dayandıra bilərik. Bu, humanitar problemləri və oradakı insanları müdafiə etməyimizin bir yoldur", - deyə Mnuçin qeyd edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar