Möhsün Fəxrizadənin İsrailin bir tonluq avtomatik silahı ilə öldürüldüyü iddia edilir

2021-02-11 13:45

Bu barədə Londonda çıxan “JEVİSH CHRONICLE” nəşri yazıb.

Gunaz.tv Quote | Gunaz article

“JEVİSH CHRONICLE” 10 fevral tarixində yayınladığı xüsusi məqaləsində İranın yüksək rütbəli nüvə proqramı məsullarından olan Möhsün Fəxrizadənin bir ton ağırlığında İsrail istehsalı olan avtomat silahla öldürüldüyünü yazıb.

 

Nəşr silahın detallarının ayrı-ayrılıqda İsrailin Təhlükəsizlik və Xarici Kəşfiyyatı (MOSSAD) tərəfindən gizli şəkildə İrana ötürüldüyünü və orada quraşdırıldığını iddia edib.

 

“JEVİSH CHRONICLE” özünün məlumat qaynaqlarına istinadən, İran və İsrail vətəndaşlarından ibarət 20 nəfər casus qrupunun 8 ay müddətində yüksək texnologiyalardan istifadə edərək M.Fəxrizadəni izlədiklərini yazıb.

 

London nəşrinin bu iddiası “İran Ali Milli Təhlükəsizlik Şurası”nın katibi Əli Şəmxaninin dediklərinə yaxındır. Ə.Şəmxani Möhsün Fəxrizadənin dəfn mərasimində onun "hadisə yerində heç kim olmadan elektron avadanlıqlardan istifadə edilən kompleks bir əməliyyat" zamanı öldürüldüyünü söyləmişdi.

 

Xatırladaq ki, noyabr ayının 27-i, 2020-ci ildə Tehran yaxınlığında yerləşən “Dəməvənd” şəhərinin “Absərd” bölgəsində İranın nüvə proqramının yüksək rütbəli şəxslərindən biri olan “Möhsün Fəxrizadə Mahabadi” öldürüldü.
 
Adı BMT Təhlükəsizlik Şurasının sanksiyalar siyahısında olan yüksək rütbəli İnqilab Keşikçiləri Korpusunun zabiti “Möhsün Faxrizadə, 2001-ci ildən bəri İranın nüvə proqramının "əsas fiquru" və "böyük müdir"lərindən biri kimi xarakterizə edilirdi.

 

C.E.
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17

gun az article

Milli fəal Davud Şiri məhkəməyə çağrılıb

2021-05-17

gun az article

Güney Azərbaycanda mədən işçiləri tətilə başladı

2021-05-17

gun az article

Həbs müddəti bitən Həmid Mənafi sürgünə göndərilir

2021-05-17

gun az article

Qərbi Azərbaycanda bələdiyyə məmurları həbs edilib

2021-05-16

gun az article

Qəzvin həbsxanasında bir məhkum edam edildi

2021-05-16

gun az article

Məzuniyyət müddəti bitən Kiyanuş Aslani həbsxanaya qayıdıb

2021-05-16

gun az article

Mədəni fəal İsrafil Fətullahzadə Əhər həbsxanasına qayıdıb

2021-05-16

gun az article

Milli fəal Səccad Şəhiri Sulduz həbsxanasına qayıdıb

2021-05-15

gun az article

CBS Radiosunda Con Baçlorun Günaz TV-nin direktoru Əhməd Obalı ilə MÜSAHİBƏSİ-TAM MƏTN

2021-05-15

gun az article

Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15

gun az article

Savalan dağı UNESCO-da qeydiyyata alınacaq

2021-05-15