SON XƏBƏRLƏR

Möhsün Fruzanın həyat yoldaşının mərcxanası var- İran futbol Federasiyasının rəisi

2021.10.20, 07:36
Möhsün Fruzanın həyat yoldaşının mərcxanası var- İran futbol Federasiyasının rəisi

Gunaz.tv

GünAz TV: İran Futbol Federasiyasının rəisinin sözlərinə görə, Təbrizin “Traxtur” futbol komandasından kənarlaşdırılan qapıçı Möhsün Fruzanın həyat yoldaşının futbol mərcxanası var.

 

İran mətbuatının yaydığı məlumata görə Mehdi Tac futbolçunun sözləşmə ilə bağlı dosyesi barədə bildirib ki, Möhsün Fruzanın həyat yoldaşının mərcxanası var, bu, artıq federasiya üçün sübut olunmuş məsələdir.

 

“Futbolçu ilə bağlı məsələ hüquqi bir mövzüdür. Prosedura görə federasiyanın hüquq bölmələri ilə əxlaq komitəsi öz mövqeyini bildirməlidir. Lakin məsələ çox aydındır! Bütün hallarda, hətta araşdırmadan demək olar ki, Fruzanın həyat yoldaşının mərcxanası var və bu məsələ federasiya üçün sübut olunmuş faktdır.”- deyə o bildirib.

 

Mehdi Tac futbolçunun federasiyaya çağırıldığını bildirərək qeyd edib ki, əxlaq komitəsi məsələni ətraflı araşdırmaq üçün Möhsün Fruzanın idman fəaliyyətinə bir ay qadağa qoyub. Hazırda başqa nəzarət orqanları da bu işlə məşğuldur. Biz bu barədə qərar qəbul etmək üçün nəzarət orqanlarından hesabat gözləyirik.

 

Aprelin 12-də 18-ci super liqa yarışlarının yekunlaşmasına  6 oyun qalmış Rəştdə “Traxtur”la “Sepid rud” arasında görüş baş tutub. Oyun zamanı “Traxtur” komandasının qapıçısı Möhsün Fruzanın şübhəli hərəkətləri bütün tamaşaçılar, hətta ekspertlər tərəfindən müşahidə olunub. Oyunun nəticəsi ilə bağlı mərcə girdiyi və bu yolla külli miqdarda pul qazandığı deyilən Möhsün Fruzanın şübhəli şəkildə 3 qol buraxması komandasının böyük hesabla uduzmasına səbəb olub. “Sepid rud”la görüşdən əvvəl “Traxtur” komandası turnir cədvəlinə liderlik edən “Perspolis”dən yalnız 2 xal (imtiyaz) geridə idi, lakin şübhəli  görüşdən sonra komandaların arasındakı hesab fərqi daha da artıb.

Bu görüşdən sonra “Traxtur” tərəfdarları və klub rəhbərliyi komandaya qarşı qurulan ssenariyə kəskin etiraz edərək Möhsün Fruzanın yol verdiyi xəyanəti həmin ssenarinin tərkib hissəsi olduğunu bildirdilər.

 

Möhsün Fruzan və həyat yoldaşı aprelin 30-da məhkəmənin mətbuat və mədəniyyət şöbəsinin hökmü əsasında saxlanılıb, onlar bir neçə gün sonra vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar