SON XƏBƏRLƏR

Möhsün Haşimi: “Koronavirusa yoluxanların statistikası rəsmi mənbələrdən elan edilən rəqəmlərdən qat-qat çoxdur”

2021.10.20, 07:36
Möhsün Haşimi: “Koronavirusa yoluxanların statistikası rəsmi mənbələrdən elan edilən rəqəmlərdən qat-qat çoxdur”

Gunaz.tv

GünazTV: Tehran Şəhər Şurasının rəisi Möhsün Haşimi aprelin 19-da qurumun iclasında çıxış edərək ölkədə koronavirus qurbanları sayının çoxluğundan və İran Səhiyyə Nazirliyinin xəstəliyə yoluxanlar barədə gündəlik elan etdiyi statiskadan danışıb.

 

Haşimi bildirib ki, İran Parlamentinin Araşdırmalar Mərkəzinin hesablamalarına əsasən, eləcə də mütəxəssislərin nəzərinə görə, ölkədə “Covid-19” qurbanlarının və xəstəliyə yoluxanların sayı rəsmi mənbələrdən elan edilən rəqəmlərdən qat-qat çoxdur: “Məsələyə ümumi baxanda Səhiyyə Nazirliyinin özü də bunu təsdiq edir.

 

Lakin rəsmi statistika ilə gerçək rəqəmlər arasındakı mövcud fərqin səbəbi, koronavirusun ölkədə yayılmağa başlamasının gec elan edilməsi və həmin vaxta qədər xəstəlik qurbanlarının qeydə alınmaması, ölkədə test analizlərinin götürülməsinə imkanın olmaması və koronavirusa yoluxmuş xəstələrin bir çox hallarda digər xəstəliklər adı ilə, məsələn tənəffüs yollarında yaranmış problem və digər adlarla qeydə alınıb elan edilməsinə görədir.

 

Hesab edirəm ki, koronavirus qurbanları və xəstəliyə yoluxanların sayı barədə daha düzgün bir statistikasının əldə olunması üçün Tehran əyaləti və ya şəhərinin statistikası ayrıca elan edilməlidir” -deyə, Tehran Şəhər Şurasının rəisi Möhsün Haşimi əlavə edib.

 

Xatırladaq ki, Tehran Şəhər Şurasının üzvü Nahid Xoda Kərəmi aprelin 15-də “Şərq” qəzetinə açıqlamasında demişdi ki, hər gün ən azı 70, ən çoxu isə 100-dən çox insan təkcə Tehranda koronavirusdan həyatını itirir.

 

 

 Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 19-da ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb. Cahanpur deyib ki, xəstəlikdən ölənlərin ümumi sayı 5118  nəfərə, yoluxanların sayı isə  82211 nəfərə yüksəlib.

 

 A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar