SON XƏBƏRLƏR

Möhsün Rzayi: “Milli Məclis yardımçı dövlət qurumu halına gəlib”

2021.10.20, 07:36
Möhsün Rzayi: “Milli Məclis yardımçı dövlət qurumu halına gəlib”

Gunaz.tv

GünAz TV: İranın Ali Məsləhət Şurasının sədri Möhsün Rzayi Milli Məclisin öz statusunu itirib, yardımçı dövlət qurumu halına gəldiyini deyib.

 

O, Parlamentin əvvəlki status və rolunun qaytarılmasının zəruri olduğunu vurğulayıb.

 

Rzayi Milli Məclisin qərar qəbul etmə prosesində rolunun artırılması və funksiyasızlığının aradan qaldırılmasının prioritet məsələlərdən olduğunu əlavə edib.

 

Xatırladaq ki, İranda benzinin birdən-birə 3 dəfə bahalaşdırılmasından sonra Milli Məclisə yönəlik tənqidlər daha da şiddətlənib. Ötən günlər ərzində deputatlar özləri də Hər 3 Sistemin Rəhbərlərinin Koordinasiya Şurasının Milli Məclislə məsləhətləşmələr aparmadan benzini bahalaşdırmasını kəskin tənqid ediblər.

 

Hətta millət vəkili Pərvanə Sələhşuri “Twitter”də bu xüsusda yazdığı statusda hökumətə kinayə ilə Parlamenti buraxmağı tövsiyə etmişdi.

 

Əli Mütəhhəri başda olmaqla, bəzi deputatlar Möhsün Rzayinin başçılıq etdiyi Ali Məsləhət Şurasının Milli Məclisin bəzi qanunları qəbul etməsinə əngəl törədən əsas qurum olduğunu bildirirlər.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar