SON XƏBƏRLƏR

Moldova GUAM-ı tərk etməyəcək

2021.10.20, 07:36
Moldova GUAM-ı tərk etməyəcək

Gunaz.tv
Moldova GUAM-ı tərk etməyəcək Xarici işlər naziri bu barədə yayılan xəbərləri təkzib etdi “Moldovanın GUAM-da iştirakı regional əməkdaşlığın xeyrinədir”. APA-nın məlumatına görə, bu bəyanatla Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Valeriu Ostalep çıxış edib. O bildirib ki, Moldova GUAM-ı tərk etməyə hazırlaşmır: “Moldovanın bütün sakinlərinin GUAM-ın münasib aspektlərindən yararlanması lazımdır. Heç kəs şübhə etməsin ki, biz bu strukturda iştirakımızı davam etdirəcəyik”. GAUM-ın baş katibi Valeri Çeçelaşvili isə qurumun daim tənqidlərə məruz qaldığını xatırladıb: “Hədəfə çevrilməyimiz gücümüzün göstəricisidir. GUAM - nüfuzlu strukturdur, buna görə də təşkilat barədə tez-tez şayiələr yayırlar. Zaman geçdikcə biz daha güclü və nüfuzlu olacağıq”. bizimyol --------------------------------------------------------------------- Avropa Məhkəməsi Ermənistanı 30 min avro cərimələdi Ter Devis məhkəmənin qərarını fikir azadlığının qələbəsi adlandırıb Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistanın “A1+” teleşirkətinin bu ölkə hökumətinə qarşı qaldırdığı iddianı təmin edib. APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, məhkəmə müxalifyönlü “A1+” teleşirkətinə yayım lisenziyası verməkdən imtina edən Ermənistan hökumətinin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsini (fikir azadlığı) pozduğunu müəyyənləşdirib. Məhkəmənin qərarına əsasən rəsmi İrəvan 3 ay ərzində teleşirkətə ümumilikdə 30 min avro təzminat ödəməlidir. Məsələyə münasibət bildirən Avropa Şurasının baş katibi Terri Devis qərarı fikir azadlığının qələbəsi adlandırıb: “Bu fakt Avropa İnsan Haqları Konvensiyasının söz azadlığına təminat verən və insan haqlarının müdafiəsində əsas kimi götürülən 10-cu maddəsini özünəməxsus şəkildə tövsif edən bütün hökumətlərə dərs olmalıdır”. Ermənistan ədliyyə nazirinin müavini, ölkənin AİHM-dəki səlahiyyətli nümayəndəsi Gevork Kostanyan hökumətin cəriməni ödəyəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar