Molla hakimiyyətinə qarşı etirazlar davam edir. Tehran, Şiraz və Kazerunda on minlərlə insan küçələrə axışaraq etiraz yürüşü keçirib – FOTOLAR və VİDEOLAR

06.08.2018, 10:32

GünAzTV: İranda ölkə əhalisinin ağır güzəranına, bahalığa, milli valyutanın dəyərdən düşməsinə və rejimin daxili və xarici siyasətinə qarşı kütləvi etirazlar davam edir.

 

Avqustun 5-i axşam saatlarında, paytaxt Tehranda, eləcə də Şiraz və Kazerunda  on minlərlə insan küçələrə axışaraq hakimiyyətin narazı əhaliyə qarşı qəddarlığına, ölkənin ağır iqtisadi durumuna qarşı şüarlar səsləndiriblər.

 

Gecə saatlarında Tehranın “Şəhər teatrı” yaxınlığında toplaşan minlərlə etirazçı, rejimin dinc etirazçılara qarşı zorakılığa əl atmasına etiraz bildirərək, “Diktatora ölüm” və “Bişərəf, bişərəf”  şüarları səsləndiriblər. Məlumata əsasən, etirazçılar polisin aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə etməsinə cavab olaraq, bir neçə zibil yeşiyinə od vurublar. Qarşıdurma nəticəsində onlarla gənc tutularaq naməlum istiqamətə aparılıb.

 

Şirazın mərkəzi küçələrində isə on minlərlə insan “Diktatora ölüm”, “Xamneyiyə ölüm” və “Top, tank, fişfişədən qorxmuruq, rədd olsun axundlar” şüarı səsləndirərək, ölkə əhalisini ağır iqtisadi vəziyyətdə saxladıqlarına görə hakimiyyətə və onun başçılarına etiraz bildiriblər.

 

Kazerunda isə on minlərlə insan küçə və meydanlara toplaşaraq dinc etirazçılara qarşı zorakılıq nümayiş etdirən hüquq-mühafizə qüvvələrinə etiraz bildiriblər. “Diktatora ölüm”, “Bişərəf, bişərəf” və “Qadınlar bizə qoşulduğu bir halda, biqeyrətlər kənarda durub baxır” şüarları səsləndirən etirazçılar, insanları mürtəce axund hakimiyyətinin zülmünə qarşı birgə mübarizəyə çağırıblar.

 

Hər üç şəhərdə keçirilən kütləvi etirazlarda, onlarla gənc qadın və kişi polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, vəhşicəsinə döyüldükdən sonra naməlum istiqamətə aparılıb.

 

 

 

 

VİDEOLAR:

 

 

 

 

 

 

 

 A.M    

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27