SON XƏBƏRLƏR

Molla rejiminə qarşı etirazlar ölkənin 17 əyalətinə yayılıb. Etirazlarda ən çox Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib - VIDEOLAR

2021.10.20, 07:36
Molla rejiminə qarşı etirazlar ölkənin 17 əyalətinə yayılıb. Etirazlarda ən çox  Əli Xamneyiyə qarşı şüarlar səsləndirilib - VIDEOLAR

Gunaz.tv

GünazTV: İran rejiminin üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah” raketi ilə vurulmasını etiraf etməsinin ardınca ötən şənbə günündən hakimiyyətə qarşı başlalan kütləvi etirazlar geniş vüsət alaraq, yanvarın 12-də ölkənin 17 əyalətinin şəhərlərinə yayılıb.

 

Yeni etirazlar dalğası paytaxt Tehrandan başqa, ən çox Əhvaz, İsfahan, Təbriz, Qorqan, Sənəndəc, Kirmanşah, Şiraz, Qəzvin, Simnan, Damğan, Yəzd, Şahrud, Amol, Babil, Məşhəd və digər iri şəhərlərdə baş verib.

 

Tehranda yüz minlərlə etirazçı əsasən Azadlıq meydanında və onun ətraf küçələrində toplaşaraq molla rejiminə qarşı şüarlar səsləndirərək, ölkənin “dini lider”i axund Əli Xamneyinin istefasını tələb ediblər. Etirazçılar həmçinin Azadlıq küçəsində divarlardan və körpüdən asılmış “Sepah”ın “Qüds” briqadasının Bağdadda öldürülmüş komandanı Qasım Süleymaninin iraqlı həmkarı Əbu Mehdi əl-Mühəndislə birlikdə olan şəkil və bannerlərini cırıb yandırblar.

 

“Bizim cındır liderimiz bizə bir utancdır”, “Süleymani qatildir, rəhbəri də qatildir, “Diktatora ölüm”, “Bişərəf, bişərəf, istefa, istefa”, “Xameneyi həya elə, məmləkəti rəha elə”, “Qardaşımı öldürəni öldürəcəyəm”, “Ey qeyrətli iranlı, səsimizə səs ver, bizə dəstək ol” və digər şüarlar səsləndirən etirazçılar polis, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Hökumət qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Həmçinin polislə qarşıdurma zamanı rejim qüvvələri iki aksiyaçı qıza odlu silahlardan atəş açıblar. Ayaqlarından güllə yarası alan hər iki qızın sonrakı taleyi bəlli deyil. Bildirilir ki, aksiyaçıların sayının artmasının qarşısını almaq üçün rejim metronun Azadlıq stansiyasından çıxışı dayandırılıb.

 

Oxşar etirazlar digər şəhərlərdə də davam edib. Təbrizdə isə etirazçılar, Əli Xamneyiyə qarşı “ölüm” şüarı səsləndiriblər. “Ölüm olsun zümkara, istər şah olsun istərsə də rəhbər” şüarı səsləndirərək, “dini lider”in istefasını tələb ediblər.

 

İranda xalq etirazları və ölkəyə hakim inqilabi vəziyyət davam edir.

 

 

 

VIDEOLAR:

 

 

 

 

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar