SON XƏBƏRLƏR

Moqerini İran və Rusiyanın birgə hərbi təlimlər keçirməklə bağlı qərarından narahatlıq ifadə edib

2021.10.20, 07:36
Moqerini İran və Rusiyanın birgə hərbi təlimlər keçirməklə bağlı qərarından narahatlıq ifadə edib

Gunaz.tv

GünAz TV: Avropa İttifaqının xarici siyasət üzrə komissarı Federika Moqerini İranla Rusiyanın Hind okeanında birgə hərbi təlimlər keçirməklə bağlı qərarından narahatlıq ifadə edib.

 

O, Helsinkidə jurnalistlərə verdiyi müsahibə zamanı bildirib ki, bu, narahat edici haldır, çünki Yaxın Şərqdə şahmat xanaları və oyunçularının saylarını artırmağa ehtiyac yoxdur.

 

Moqerini həçinin Aİ-nin bu həssas məsələni yaxından izlədiyini qeyd edib.

 

Xatırladaq ki, iyul ayında İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Xanzadi ölkəsi və Rusiyanın cari ilin sonlarına qədər Hind okeanında müştərək hərbi təlimlər keçirəcəyini bəyan etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar