Morqan Ortaqus: “İran rejimi “Sepah”ın vurduğu Ukrayna təyyarəsinin qara qutularını təhvil verməlidir”

18.04.2020, 15:58

GünazTV: ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus aprelin 17-də “Twitter” səhifəsində paylaşdığı bir yazıda “Sepah” terror təşkilatının üç ay yarım əvvəl Tehranda vurduğu Ukrayna sərnişin təyyarəsinin qara qutularının təhvil verilməsini tələb edib.

 

Paylaşdığı yazıda Ortaqus bildirib ki, İran rejimi “Sepah”ın vurduğu Ukrayna təyyarəsinin qara qutularını bundan artıq gecikdirmədən təhvil verməlidir: “İran İnqilab Keşikçiləri Korpusu “Sepah”, 100 gün əvvəl Ukraynanın sərnişin təyyarəsini hədəfə alaraq vurdu və bununla da 176 sərnişin və təyyarə ekipajını qətlə yetirdi.

 

Biz hadisə qurbanlarının ailələrinə səmim-qəlbdən başsağlığı verir, İran rejimindən təyyarənin qara qutularını oxunması üçün təhvil verməsini tələb edirik. Hesab edirik ki, İran rejimi sakit bir mühitdə yas saxlamaq hüququna malik olan hadisə qurbanlarının ailələrini bundan artıq incitməkdən əl çəkməlidir” -deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus “Twitter”də paylaşdığı yazısında bəyan edib.

 

 

Xatırladaq ki, “Sepah” terror təşkilatının yanvarın 8-də Tehranın Beynəlxalq Hava Limanı yaxınlığında iki raketlə Ukraynaya məxsus Boeing 752 təyyarəsini vurub. Hadisə nəticəsində təyyarənin ekipaj heyəti ilə birlikdə 176 günahsız sərnişin həyatını itirib.

 

 A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28

gun az article

İranın keçmiş prezidenti qızı həbsxanadan məzuniyyətə buraxılıb

2023-03-28

gun az article

"Rusiya İrana kiber avadanlıq verir"- “Vol Strit Jurnal”

2023-03-28

gun az article

Tehranda polis qüvvələrinin sayı artırılır

2023-03-28

gun az article

Kanada İrana yeni sanksiyalar tətbiq etdi

2023-03-28

gun az article

Ceyhun Bayramov: "Ermənistan sülh sazişi üzrə danışıqlara maneçilik törədir"

2023-03-27

gun az article

ABŞ Azərbaycanla Ermənistana çağırış edib

2023-03-27

gun az article

İsrailin ABŞ-dakı səfirliyi bağlanıb

2023-03-27

gun az article

Çin və Avropa İttifaqı Rusiyanın Belarusda nüvə silahı yerləşdirməsinin əleyhinədir

2023-03-27

gun az article

İranın cənub şərqində onlarla xarici vətəndaş həbs edilib

2023-03-27

gun az article

AQC İdarə Heyətinin toplantısı keçirilib – İcra Aparatına rəhbər təyin edilib

2023-03-27

gun az article

İran rəsmisi: "İnflyasiya son aylardakı etiraz aksiyaları ilə bağlıdır"

2023-03-27

gun az article

Fransız hüquqşünaslar SEPAH komandirinə qarşı şikayət verməyə hazırlaşır

2023-03-27