SON XƏBƏRLƏR

Mosk­va iki kən­di­miz­dən gö­zü­nü çək­mir_Cüm­şüd Nu­ri­yev: "Nə qə­dər ki, tə­bii qaz­la bağ­lı sa­ziş im­za­lan­ma­yıb, Ru­si­ya­nın be­lə tak­ti­ki ge­diş­lə­ri ola­caq"

2021.10.20, 07:36
Mosk­va iki kən­di­miz­dən gö­zü­nü çək­mir_Cüm­şüd Nu­ri­yev: "Nə qə­dər ki, tə­bii qaz­la bağ­lı sa­ziş im­za­lan­ma­yıb, Ru­si­ya­nın be­lə tak­ti­ki ge­diş­lə­ri ola­caq"

Gunaz.tv
Mosk­va iki kən­di­miz­dən gö­zü­nü çək­mir 1610708.jpg Cüm­şüd Nu­ri­yev: "Nə qə­dər ki, tə­bii qaz­la bağ­lı sa­ziş im­za­lan­ma­yıb, Ru­si­ya­nın be­lə tak­ti­ki ge­diş­lə­ri ola­caq" Ru­si­ya Xaç­maz ra­yo­nu­nun Xra­xo­ba və Ür­ya­no­ba kənd­lə­rin­dən gö­zü­nü çək­mir. Ru­si­ya­nın Azər­bay­can­da­kı sə­fi­ri Va­si­li İst­ra­tov sər­həd­lə­rin mü­əy­yən­ləş­di­ril­mə­si mə­sə­lə­sin­də bir-iki mən­tə­qə ilə bağ­lı iki döv­lət ara­sın­da fi­kir ay­rı­lıq­la­rı­nın qal­dı­ğı­nı bil­di­rib. Bu­ra­da isə söh­bət məhz adı­çə­ki­lən kənd­lər­dən ge­dir. Mə­lum­dur ki, Ru­si­ya ilə Azər­bay­can ara­sın­da sər­həd­lə­rin de­li­mi­ta­si­ya­sı Xaç­ma­zın iki kən­di ilə bağ­lı möv­cud qey­ri-mü­əy­yən­lik sə­bə­bin­dən ba­şa çat­ma­mış qa­lır. Bu haq­da may ayın­da Azər­bay­can Xa­ri­ci İş­lər Na­zir­li­yi də açıq­la­ma ver­miş­di. Kənd sa­kin­lə­ri­nin öz­lə­ri­ni Ru­si­ya və­tən­da­şı say­ma­la­rı və sö­zü­ge­dən əra­zi­lə­rin də ank­lav ol­ma­sı­nı id­dia et­mə­lə­ri­nə ca­vab ola­raq Xa­ri­ci İş­lər Na­zir­li­yi qə­ti ay­dın­lıq gə­ti­rə­rək bil­dir­miş­di ki, Azər­bay­can sər­həd­lə­ri da­xi­lin­də heç bir ank­lav əra­zi yox­dur. Hə­min əra­zi­lər hə­lə So­vet vax­tı Da­ğıs­ta­na 20 il­li­yə ica­rəyə ve­ri­lib, so­nun­cu ica­rə mü­qa­vi­lə­si­nin müd­də­ti isə 2004-cü il­də ba­şa ça­tıb. XİN Azər­bay­can hö­ku­mə­ti­nin kənd sa­kin­lə­rin­dən ya Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı ol­ma­ğı, ya da əc­nə­bi ki­mi mü­vəq­qə­ti qey­diy­ya­ta düş­mə­yi tə­ləb et­di­yi­ni bil­dir­miş­di. Bu da 1998-ci il­də qüv­və­yə min­miş qa­nu­na və Azər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın 52-ci mad­də­si­nə uy­ğun­dur. Qa­nu­na gö­rə, öl­kə əra­zi­sin­də qey­diy­yat­dan keç­mə­dən ya­şa­yan­lar mü­va­fiq döv­lət qu­rum­la­rı tə­rə­fin­dən in­zi­ba­ti qay­da­da mə­su­liy­yə­tə cəlb edil­mə­li və öl­kə əra­zi­sin­dən çı­xa­rıl­ma­lı­dır. Öl­kə əra­zi­sin­də uzun­müd­dət­li, ya­xud dai­mi ya­şa­yan əc­nə­bi­lər isə mü­vəq­qə­ti de­yil, uzun­müd­dət­li, ya­xud dai­mi ya­şa­yan əc­nə­bi ki­mi qey­diy­ya­ta alın­ma­lı­dır­lar. Be­lə an­la­şı­lır ki, bu kənd­lə­rin sa­kin­lə­ri əgər öz­lə­ri­ni Ru­si­ya və­tən­da­şı he­sab edir­sə, Xaç­ma­zın pas­port qey­diy­ya­tı ida­rə­si­nə mü­ra­ci­ət edib əc­nə­bi ki­mi qey­diy­ya­ta düş­mə­li­dir­lər. Am­ma bu­ra­da prob­lem in­san­la­rın han­sı sta­tus­la ya­şa­ma­sın­dan da­ha çox, si­ya­si ma­raq kəsb edir. Ru­si­ya­nın bu iki kənd­dən Azər­bay­ca­na təz­yiq va­si­tə­si ki­mi is­ti­fa­də et­mək is­tə­di­yi or­ta­da­dır. Kənd­lə­rin ank­lav əra­zi ol­ma­dı­ğı bəl­li­dir. La­kin kənd əha­li­si­nin uzun il­lər Ru­si­ya və­tən­da­şı ola­raq ya­şa­ma­la­rı adı­çə­ki­lən öl­kə­nin əli­nə təz­yiq üçün va­si­tə ve­rir. Po­li­to­loq Cüm­şüd Nu­ri­yev isə iki kənd mə­sə­lə­sin­də cid­di prob­lem gör­mür: - Nə qə­dər ki, tə­bii qaz­la bağ­lı sa­ziş im­za­lan­ma­yıb, Ru­si­ya­nın be­lə tak­ti­ki ge­diş­lə­ri ola­caq. Am­ma Azər­bay­can ne­cə ki neft si­ya­sə­tin­dən is­ti­fa­də edib müs­tə­qil­li­yi­ni təs­diq et­di, elə­cə də qaz si­ya­sə­tin­dən is­ti­fa­də edib ma­raq­la­rı­nı tə­min et­mə­li­dir. Çör­çil de­yir­di ki, bi­zim dai­mi dost­la­rı­mız yox, dai­mi ma­raq­la­rı­mız var. Azər­bay­can da tə­bii ki, öz ma­raq­la­rın­dan çı­xış et­mə­li­dir. Azər­bay­can əra­zi­sin­də heç bir ank­lav əra­zi ola bil­məz. Qal­dı ki iki kən­din mə­sə­lə­si­nə, on­lar Da­ğıs­ta­nın Mə­hər­rəm­kənd ra­yo­nu­na da­xil idi. La­kin o za­man Nab­ran ba­za­sı­nın for­ma­laş­dı­rıl­ma­sı və Sa­mur ça­yı­nın ya­ta­ğı­nın də­yiş­di­ril­mə­si sə­bə­bin­dən hə­min kənd­lər Azər­bay­ca­nın sər­həd­lə­ri da­xi­li­nə ve­ril­di. Yə­ni hə­min kənd­lər Sa­mur ça­yı ya­ta­ğı­nın əha­tə et­di­yi Azər­bay­can əra­zi­lə­ri mü­qa­bi­lin­də də­yiş­di­ril­di. O kənd­lər­də ləz­gi­lər ya­şa­yır. Ha­zır­da Qu­sa­rın Həz­rə kən­di ilə bağ­lı da prob­lem qa­lır. Əs­lin­də Ru­si­ya­nın sər­hə­di kən­din kə­na­rı ilə ke­çir. Am­ma SSRİ vax­tı sər­həd­lər elə mü­əy­yən­ləş­di­ri­lib ki, sər­həd zo­la­ğı ça­yın or­ta­sı ilə ke­çir. SSRİ vax­tı sər­həd­lər Bal­tik də­ni­zi­nin sə­viy­yə­si­nə uy­ğun mü­əy­yən­ləş­di­ri­lir­di. Bü­tün bun­lar Ru­si­ya tə­rə­fin­dən təz­yiq va­si­tə­si ki­mi dü­şü­nül­müş ad­dım­lar idi. Ru­si­ya­nın sü­ni su­rət­də "ank­lav"lar ya­rat­dı­ğı bir ne­çə be­lə əra­zi möv­cud­dur. 1984-86-cı il­lər­də Qa­za­xın 7 kən­di ank­lav əra­zi ki­mi Er­mə­nis­ta­na ve­ril­di. 1954-cü il­də isə Yar­dım­lı və Cə­li­la­bad tor­paq­la­rı­nın bir his­sə­si ha­zır­kı Türk­mə­nis­tan əra­zi­sin­də­ki "Fi­ru­zə" is­ti­ra­hət zo­na­sı mü­qa­bi­lin­də İra­na ve­ril­di ki, so­vet par­ti­ya rəh­bər­lə­ri is­ti­ra­hət edə bil­sin­lər. Azər­bay­can hö­ku­mə­ti Ru­si­ya Fe­de­ra­si­ya­sı­na qar­şı fak­ti­ki ola­raq id­dia ilə çı­xış edə bi­lər. Qeyd edək ki, mə­sə­lə ilə bağ­lı Döv­lət Tor­paq və Xə­ri­tə­çək­mə Ko­mi­tə­si­nə də mü­ra­ci­ət et­dik. Ko­mi­tə­nin mət­bu­at xid­mə­tin­dən bil­di­ril­di ki, sö­zü­ge­dən kənd­lər 1950-55-ci il­lər­də Da­ğıs­tan və­tən­daş­la­rı­na ot­laq əra­zi ki­mi ica­rə­yə ve­ri­lib. Bu kənd­lər Azər­bay­ca­nın xə­ri­tə­sin­də heç nə ilə se­çil­mir, on­la­rı ət­raf əra­zi­lər­dən ayı­ran heç bir gös­tə­riş, qeyd yox­dur. Bu kənd­lər da­im Azər­bay­ca­nın əra­zi­si olub və öl­kə­mi­zin xə­ri­tə­sin­də də Azər­bay­can əra­zi­si ki­mi ta­nı­nır. Xə­ri­tə­də hə­min tor­paq­lar Azər­bay­ca­nın­dır. Mə­la­hət Rza­ye­va yenisharq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar