SON XƏBƏRLƏR

Moskva NATO-nun planlarına etiraz edir

2021.10.20, 07:36
Moskva NATO-nun planlarına etiraz edir

Gunaz.tv
Moskva NATO-nun planlarına etiraz edir 0560lhyv.jpg Rusiya prezidenti Dmitri Medvedev: NATO Avropanın bütün təhlükəsizlik məsələlərini həll edə bilməz» NATO ölkələrinin Brüsseldə açılan görüşündə gündəliyin əsas məsələsinin Əfqanıstan olduğu xəbər verilir. Beynəlxalq xəbər agentliklərinin məlumatına görə, Amerikanın müdafiə naziri Robert Gates bu yığıncaqda üzv ölkələri Əfqanıstana daha çox qoşun göndərməyə sövq etməyə çalışacaq. Bununla belə, gündəlikdə iki narahat mövzunun da olması bəllidir. Bunlar Kosovonun müstəqilliyinin tanınması ilə bağlı NATO-nun fəaliyyəti, Gürcüstan və Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyü məsələləridir. NATO nazirlərinin bugün başlanan yığıncağına Rusiyanın müdafiə naziri Anatoli Serdyukov iştirak edir. Bu görüşün ən mürəkkəb hissəsi də Rusiyanın narahatlıqları ilə bağlıdır. Rusiya Qərbin, NATO-nun və Avropa İttifaqının bir sıra açar məsələlərdəki mövqeyini bölüşmür. Söhbət ilk növbədə Amerikanın Çexiya və Polşada quraşdırmaq istədiyi antiraket sipərindən gedir. Bu arada Rusiya BMT-nin Kosovodakı missiyasının rəhbərinə qarşı intizam tədbirinin görülməsinə çağırıb. Rusiya Kosovodakı təhlükəsizlik məsələləri üçün məsuliyyətin Avropa İttifaqına ötürülməsi planını qeyri-qanuni adlandırıb. BMTnin planına əsasən Kosovonun təhlükəsizliyinə nəzarət üçün Avropanın 2200 nəfərlik qüvvəsi artıq komplektləşdirilib. Lakin indi bu planla əlaqədar NATOnun problemi yaranıb. Beləki, Türkiyə Avropa qüvvələrinin sırasında Kiprin olması ilə bağlıq narahatlıq ifadə edib. Ankaranın fikrincə bu, həssas hərbi informasıiyanın Kipr üçün də açıq olması deməkdir. NATO nazirlərinin görüşü ərəfəsində Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, NATO Avropanın bütün təhlükəsizlik məsələlərini həll edə bilməz və buna görə də Avropaya yeni bir təhlükəsizlik paktı gərəkdir. Dmitri Medvedev həmçinin bildirib ki, Kosovonun müstəqilliyinin tanınması Avropada yeni təhlükəsizlik problemlərinin yaranmasına səbəb olacaq. Ukrayna və Gürcüstanın NATO üzvlük məsələsinə toxunan Rusiya prezidenti bir daha xatırladıb ki, NATO-nun innən belə də üzü şərqə genişlənməsi Moskvanın Qərblə münasibətlərinin üstündən xətt çəkə bilər. Belə gözlənilir ki, Brüsseldə sammitində NATO nazirləri Rusiyanı Gürcüstanla münasibətlərdə gərginliyi azaltmağa çağıracaqlar. Bu da xəbər verilir ki, NATO-nun Brüssel görüşündə həmçinin NATO-Rusiya Şurasının görüşü nəzərdə tutulub. Pərviz bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar