SON XƏBƏRLƏR

Moskvada erməni-rus davası

2021.10.20, 07:36
Moskvada erməni-rus davası

Gunaz.tv
Moskvada erməni-rus davası Dünən səhər Moskvanın şimalında qafqazlılarla yerli sakinlər arasında baş verən kütləvi davada ən az 5 nəfər yaralanıb. APA-nın məlumatına görə, hadisə "Babuşkinskaya" metrostansiyasının yaxınlığında baş verib. Davada təqribən iyirmiyə yaxın şəxs iştirak edib. Dəmir dəyənək və zəncirlərdən istifadə olunan toqquşmada bir neçə nəfər yaralanıb. Hadisə yerinə gələn milis işçiləri insidenti sakitləşdirməyə müvəffəq olublar. Faktla bağlı bir neçə nəfər saxlanıb. Davada iştirak edən qafqazlıların erməni olduğu güman edilir. ----------------------------------------------------------------------- GUAM BMT-də uğuruna əmindir Valeri Çeçelaşvili: "Bizə dəstəkləyən ölkələrin sayı deyil, keyfiyyəti lazımdır" GUAM ölkələri "dondurulmuş" münaqişələr haqqında qətnamənin iri dövlətlər tərəfindən dəstəklənməsini təmin etdikdən sonra bu sənədi BMT Baş Assambleyasında səsverməyə çıxaracaq. Bu barədə GUAM-ın baş katibi Valeri Çeçelaşvili "İnterfaks" agentliyinə müsahibəsində bəyan edib. "Hazırda bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır. Qətnamənin birgə layihəsi ətrafında müzakirələr gedir" - deyə V. Çeçelaşvili bildirib. "Azərbaycanın, daha sonra isə Gürcüstanın irəli sürdüyü iki analoyi qətnamə üzrə səsvermə beynəlxalq birlikdə - konkret olaraq BMT-də dondurulmuş münaqişələrlə bağlı mövqeyimizin anlaşılması və dəstəklənməsinin güclənməsindən xəbər verir" - deyə gürcü rəsmisi vurğulayıb. "Qətnaməni nə vaxt səsverməyə çıxaracağımız yalnız bizi dəstəkləyən dövlətlər birliyini toplayacağımız vaxtdan deyil, həmçinin bu birlikdə beynəlxalq aləmin ən mühüm ciddi oyunçularının olacağı vaxtdan da asılı olacaq" - deyə baş katib bəyan edib. Onun fikrincə, əgər qətnamə bu gün irəli sürülsə, səslərin əksəriyyətini qazanacaq. "İstənilən halda ölkələrin əksəriyyəti "lehinə" səs verərdi. Lakin bizə təkcə qətnaməni dəstəkləyəcək ölkələrin sayı deyil, həm də onların keyfiyyəti lazımdır. Ona görə də bizdə belə bir əminlik yaranan kimi qətnaməni səsverməyə çıxaracağıq" - deyə V.Çeçelaşvili vurğulayıb. Məlum olduğu kimi, iyulun 1-2-də GUAM-ın Tbilisidə keçiriləcək sammitində təşkilata sədrlik Gürcüstana keçəcək. V.Çeçelaşvili bildirib ki, sammitdə əməkdaşlığın iki istiqaməti olacaq: "Regional müqavilə və konvensiyaların işlənib hazırlanması, ikincisi isə konkret layihələrin həyata keçirilməsi. Məsələn, buna misal kimi Poti-Kerç ötürücüsünün işə salınmasını göstərmək olar. O yaxın zamanlarda işə salınacaq". V.Çeçelaşvili GUAM-a üzv ölkələrin ölkəmizin Ümümdünya Ticarət Təşkilatına üzv olmağa kömək edə biləcəkləri məsələsinə də toxunub: "Mən hesab edirəm ki, bu ölkələr Azərbaycana yardım göstərə bilərlər. Azərbaycan təşkilata üzv olacaq. Bu isə öz növbəsində GUAM daxilində ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün əlavə imkanlar yaradacaq". Təşkilata yeni üzvlərin qəbulu ilə bağlı məsələnin nə yerdə olduğuna da toxunan baş katib əlavə edib ki, yeni üzvlərin qəbulu ilə bağlı perspektiv var. Onun qənaətincə, bu, qurumun nizamnamə sənədlərində də öz əksini tapıb. Lakin təşkilatın formal cəhətdən genişləndirilməsi GUAM-ın məqdəsi deyil: "Bizim məramımız nüfuzlu beynəlxalq arenada ciddi reputasiyaya malik ciddi alətə çevrilməkdir. Bununla da ölkələrimizə xarici siyasi məqsədləri və məsələləri həyata keçirməyə kömək etmək istəyirik". Azər NURİYEV www.kaspi.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar