SON XƏBƏRLƏR

Moskvada sərnişinlərini zəhərləyərək öldürən erməni yaxalanıb

2021.10.20, 07:36
Moskvada sərnişinlərini zəhərləyərək öldürən erməni yaxalanıb

Gunaz.tv
Moskvada sərnişinlərini zəhərləyərək öldürən erməni yaxalanıb 20080723141810_1.jpg Moskvanın cənub-qərbində sərnişinlərini zəhərləyərək soyan, sonra isə öldürərək çölə atan milliyyətcə erməni Dantes adlı şəxs yaxalanıb. Dantes paytaxt sakinlərini psixotrop maddələr qatılmış pivəyə qonaq edirmiş. Sonradan özünə gələn sənişinlər onlarla nə baş verdiyini xatırlamırlar. Faktla bağlı 3 ölü, 20 zərərçəkən qeydə alınıb. Amma onun hesabında çoxsaylı cinayətlərin olduğu istisna deyil. “Moskovski komsomolets” qəzetinin məlumatına görə, 38 yaşlı Dantes Moldova vətəndaşı olsa da, Gürcüstanda anadan olmuş milliyyətcə ermənidir. O, sambo və cüdo ilə məşğul olub. Moldovada çempion və idman ustası adlarına layiq görülüb. Moskvada isə həyat yoldaşı və uşağı ilə yaşayır. Faktla bağlı Danteslə əlbir olan Georq da yaxalanıb. Verilən məlumata görə, Dantes sərnişinlərini Kiyev vağzalından gözləyib, müştəriləri əsasən içkili və ya qatara gecikmiş insanlar olub. Böyük bir heyəti gözlədiyini deyən Dantes onları maşının salonunda pivəyə qonaq edib. Saxlanan zaman Dantesin boynunda yoğun qızıl boyunbağı, barmaqlarında isə iri brilliant qaşlı üzüklər olub yenisharq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar