SON XƏBƏRLƏR

Moskvada təhsil alan azərbaycanlı tələbələr qanvermə aksiyası keçiriblər

2021.10.20, 07:36
Moskvada təhsil alan azərbaycanlı tələbələr qanvermə aksiyası keçiriblər

Gunaz.tv
Moskvada təhsil alan azərbaycanlı tələbələr qanvermə aksiyası keçiriblər Moskvada fəaliyyət göstərən Rusiyanın Azərbaycan Gənclər Təşkilatı (RAGT) bu gün “Qanın milliyyəti olmur!” devizi altında qanvermə aksiyası keçirib. Qurumun üzvü Emin Hacıyevin APA-ya verdiyi məlumata görə, təşkilatın lideri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən aksiyada 13,5 litr qan toplanıb. Xeyriyyə məqsədilə qan vermək istəyən azərbaycanlı gənclərin sayı 50-yə qədər olsa da, onlardan yalnız 38-nin göstəriciləri donorluq üçün uyğun gəlib. Aksiya akademik Petrovski adına Cərrahiyyə Elmi Mərkəzində keçirilib. E. Hacıyev bildirib ki, Rusiya qanunlarına əsasən xeyriyyəçilik məqsədilə verilən qan üçün də pul ödənildiyi üçün əldə olunmuş vəsait Bloxin adına Uşaq Onkoloji Mərkəzinə verilib. Onun sözlərinə görə, təşkilat tərəfindən ilk dəfədir keçirilən bu aksiya ənənə xarakteri alacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar