Möhsün Rzayi İranın nüvə proqramı ilə bağlı sənədlərin İsrail tərəfindən oğurlanmasını təsdiq edib

2021-04-15 15:54

“Sepah” terror təşkilatının keçmiş baş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi aprelin 14-də mediaya açıqlamasında xarici dövlətlərin, o cümlədən də İsrailin ölkənin həssas hökumət və təhlükəsizlik qurumlarına nüfuzunun artmasından danışıb.

Gunaz.tv Quote | Gunaz article

Aprelin 11-də Nətənz nüvə təsisatına qarşı həyata keçirilən hücumdan danışan Rzayi ilk dəfə olaraq İranın nüvə fəaliyyətləri ilə bağlı gizli sənədlərin İsrail tərəfindən oğurlandığını etiraf edib.


“Təəssüflər olsun ki, ölkənin həssas qurum və mərkəzlərinin qorunması üçün təhlükəsizlik qaydalarına kifayət qədər riayət olunmaması düşmənin həmin qurumlara nüfuz etməsinə əlverişli şərait yaradıb. 


Bunun nümunəsi də bir ildən az bir müddətdə ölkədə üç mühüm hadisənin baş verməsidir. Bunlar isə Nətənz nüvə təsisatına qarşı gerçəkləşdirilən iki hücum və bir terror (İranın nüvə alimi Möhsün Fəxrizadənin terroruna işarədir-red) hadisəsinin reallaşdırılmasıdır.


Həmçinin, bundan əvvəl nüvə fəaliyyətlərimizlə bağlı son dərəcə gizli saxlanılan külli miqdarda sənədin oğurlanaraq xaricə aparılmasını, sonradan  isə bir neçə kiçik uçan aparatın gəlib nüvə mərkəzlərimizin ətrafında uçaraq kəşfiyyat işləri aparmasını nəzərə alaraq, demək olar ki, biz ölkənin və hökumətin həssas qurum və mərkəzlərinin təhlükəsizliyini qorumaq baxımından problemlə üz-üzə qalmışıq.


Adətən dünyada və digər ölkələrdə belə bir qayda var ki, hər 10 və ya 20 ildən bir sistemi təhlükəsizlik baxımdan yenidən nəzərdən keçirər, onu şübhəli şəxslərdən təmizləyərlər. Lakin biz çoxdandır bunu etməmişik və son 30 ildə həssas qurumlarda təhlükəsizlik cəhətindən təmizləmə işi aparmamışıq. 


Məhz bu kimi halları nəzərə alaraq hesab edirəm ki, növbəti hökumətin mühüm vəzifələrindən biri ölkənin həssas qurum və mərkəzlərində, nazirliklərdə və digər yerlərdə nəzarəti gücləndirmək, həmin məkanlarda təmizləmə işləri aparmaq, şübhəli halların baş verməsinin qarşısını almaq və mümkün hər hansı bir xarici mənbə və ya ünsürün nüfuz yolunu bağlamaq olmalıdır”, -deyə Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi bildirib. 

علیرضا زاکانی: بخش عمده امکانات غنی سازی کشور نابود شد

Xatırladaq ki, aprelin 11-də İranın uranı zənginləşdirmək fəaliyyəti ilə məşğul olan yeraltı Nətənz nüvə təsisatına hücum edilib.


Hücum nəticəsində baş verən güclu partlayış və yanğının ardınca Nətənz təsisatının elektrik sistemi sıradan çıxıb, minlərlə sentrifuqa tamamilə məhv edilib. Rəsmi Tehran hücumda ölənlərin olmadığını iddia etsə də, ölkə daxilindəki mənbələr hücumda onlarla şəxsin ölüb yaralandığını və İsrailə casusluqda şübhəli bilinən onlarla təsisat işçisinin isə həbs edildiyini və hazırda dindirildiyini bildirirlər.

جزئیات جدید حول حادثه تاسیسات هسته‌ای نطنز

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan Azərbaycan Prezidentinə təşəkkür edib

2021-08-03

gun az article

"Diriliş Ertuğrul"un aktyoru infarktdan dünyasını dəyişdi

2021-08-03

gun az article

Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib

2021-08-03

gun az article

Qırğızıstanın keçmiş Baş naziri saxlanıldı

2021-08-03

gun az article

Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə dəstək

2021-08-03

gun az article

Bakının yekun Baş Planı bu ayın sonunda Nazirlər Kabinetinə göndəriləcək

2021-08-03

gun az article

ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı

2021-08-03

gun az article

Tokio-2020: Azərbaycan üçüncü medalını qazanıb

2021-08-03

gun az article

Gürcüstanda yoluxma kəskin artır: Yeni antirekord

2021-08-03

gun az article

Mazandaran əyalətində 3 bəhai kəndli ailəsinin evləri dağıdılıb - VİDEO

2021-08-03

gun az article

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

2021-08-03

gun az article

İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışını edib

2021-08-03

gun az article

Sabiq deputat Eldəniz Səlimov saxlanılıb

2021-08-03

gun az article

İsraildən Avropa Birliyinə çağırış: ""Tehran qəssabı"nın andiçmə mərasiminə qatılmayın"

2021-08-03

gun az article

Xamneyi yeni "seçilmiş" prezident İbrahim Rəisinin səlahiyyətlərini təsdiq etdi

2021-08-03

gun az article

Azərbaycanda polisi döyən deputatın səlahiyyətlərinə xitam verildi

2021-08-03

gun az article

Blinken: “İranın İsrail gəmisinə qarşı hücumuna koordinasiyalı şəkildə ortaq cavab verəcəyik”

2021-08-03

gun az article

Azərbaycanda benzin bahalaşdı

2021-08-03

gun az article

Azərbaycanın olimpiya mükafatçısı soyadını dəyişib

2021-08-03

gun az article

Boris Conson: “İran İsrail gəmisinə etdiyi dəhşətli hücumun nəticələri ilə üzləşməlidir”

2021-08-03