Mövləvi Əbdülhəmid: “İranda sünnilərə qarşı ayrı-seçkilik və məhdudiyyətlər aradan qaldırılmalıdır”

2017-05-07 11:08

GünAzTV: İranın Zahidan şəhərinin cümə namazının sünni rəhbəri Mövləvi Əbdülhəmid, mayın 5-də cümə namazı çıxışında ölkədə sünni məzhəbindən olan əhaliyə qarşı tətbiq edilən qadağa və məhdudiyyətlərdən gileylənib.

 

Öz çıxışında, qarşıdan gələn prezident seçkilərinə toxunan Mövləvi Əbdülhəmid bildirib ki, İranda sünni məzhəbindən olan vətəndaşlar çoxlu problemlərlə üz-üzə qalıblar: “Hesab edirik ki, şiələrlə yanaşı sünnilərə də ölkə prezidentliyə namizədliyini irəli sürməsinə və onların da prezident postuna seçilməsinə icazə verilməli, dini azadlıqlar təmin edilməlidir. İran konstitusiyasına görə, prezident postundan başqa, digər vəzifələri tutmaqda dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq hamı bərabər hüquqa malikdir. Bununla belə, ölkənin sünni icması, qanuna düzəliş edilməsini və bu məhdudiyyətin də aradan qaldırılmasını tələb edir.

 

Biz istəyirik ki, əsas dövlət qurumlarında, nazirliklərdə və başqa dövlət idarələrində sünnilər də işə götürülsün, prezident müavinləri və nazir müavinləri postlarında, eləcə də səfirliklərdə və əyalətin rəhbərliyində sünnilərdən də istifadə edilsin və elə olsun ki, onlar da rəhbər vəzifələri tuta bilsin. Düşünürük ki, müxtəlif etnik və məzhəbləri təmsil edənlər arasında hər hansı bir fərq olmamalıdır. Bu isə İran millətinin haqqı olmaqla yanaşı, həm də ölkənin ana yasasına uyğundur.

 

Bizim istəyimiz odur ki, prezidentliyə elə bir adam seçilsin ki, həm İran millətinə, həm də ölkənin cürbəcür çətinlik və problemlərlə üz-üzə qalan sünni icmasına faydalı olsun”.

 

Xatırladaq ki, aprelin 20-də əhali qarşısında çıxış edən Mövləvi Əbdülhəmid, sünni məzhəbindən olan ölkə vətəndaşların prezident postuna seçilməsinə qoyulan qadağadan gileylənmişdi: “Ölkədə şiə-sünni arasında ixtilafın olması heç kimin xeyrinə deyil. İran vətəndaşları arasında, şiə və ya sünni məzhəbindən asılı olmayaraq hər hansı bir fərq və ayrı-seçkilik olmamalıdır. Hesab edirik ki, ölkədə sünnilərin prezident postuna seçilməsinə qoyulan qadağa aradan qaldırılmalı, bunun üçün isə ölkə konstitusiyasına yenidən baxılmalı, ona düzəlişlər ediməlidir”.

 

Qeyd edək ki, İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, ölkə prezidenti yalnız şiələr arasından seçilə bilər və prezidentliyə namizədliyini irəli sürən hər bir şəxsin şiə olması əsas şərtlərdən biridir. İran əhalisinin 25 milyondan çoxunu sünnilər təşkil etməsinə baxmayaraq, onların həssas dövlət qurumlarında işə götürülməsinə və ya vəzifə tutmasına qadağa qoyulur, digər hüquqları məhdudlaşdırılır.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ərdoğan: “Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq”

2021-06-21

gun az article

Ukraynalı deputat: "Şuşa bəyannaməsi bütün regionda inteqrasiyaya öz töhfəsini verəcək"

2021-06-21

gun az article

Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb"

2021-06-21

gun az article

BMT-nin qarşısında azərbaycanlı jurnalistlər yad edilib

2021-06-21

gun az article

Lavrov Ermənistandakı seçkilərin Qarabağ danışıqlarına təsirindən danışdı

2021-06-21

gun az article

Anomal isti ilə bağlı xəbərdarlıq edildi

2021-06-21

gun az article

Azərbaycan və Pakistan birgə hərbi təlimlər keçirəcək

2021-06-21

gun az article

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilib

2021-06-21

gun az article

İbrahim Rəisi 1988-ci ildəki edamlardan danışdı: “Bunun üçün işim qiymətləndirilməli, təşviq edilməliyəm”

2021-06-21

gun az article

Türkiyə Azərbaycanda PUA istehsalının təşkili imkanlarını araşdırır

2021-06-21

gun az article

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib -FOTO

2021-06-21

gun az article

Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

2021-06-21

gun az article

Laçının Qalaça kəndi - VİDEO

2021-06-21

gun az article

Nigar Arpadarai: “AŞPA-da əsas məsələləri gündəmə gətirəcəyik”

2021-06-21

gun az article

Azərbaycan müdafiə nazirinin müavini Moskvaya gedib

2021-06-21

gun az article

İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanan sənədi təsdiqlədi

2021-06-21

gun az article

Paşinyan qisasçılara qalib gəldi: "Erməni xalqı müharibəni seçmədi"-Sülhəddin Əkbər

2021-06-21

gun az article

Şimali Xorasanda təlim təyyarəsi qəzaya uğrayıb: 2 ölü-FOTO

2021-06-21

gun az article

İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

2021-06-21

gun az article

"İranın cəllad rejimi ilə nüvə müzakirəsi lüzumsuzdur"-İsrailin Baş naziri

2021-06-21