SON XƏBƏRLƏR

Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub

2021.10.20, 07:36
Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi arasında telefon danışığı olub

Gunaz.tv

GünAz TV: Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.


Bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında dekabrın 3-4-də NATO-nun 70-ci ildönümü ilə əlaqədar Londonda üzv ölkələrin liderlərinin keçirəcəyi Zirvə toplantısından bəhs edilib. Müzakirə edilən digər məsələlərdən biri də Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə kompleksi barədə olub. NATO rəhbəri bununla bağlı narahat olduqlarını dilə gətirib.


Qeyd edək ki, İngiltərənin “The Economist” nəşri NATO-nun gündəmində Türkiyənin öz nüvə proqramını işə sala biləcəyi və bu məsələnin Şimali Atlantika alyansındakı müttəfiqləri ciddi narahat etdiyini yazıb.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar