SON XƏBƏRLƏR

Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq etdi

2021.10.20, 07:36
Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq etdi

Gunaz.tv

GünAz TV: Egey dənizi ətrafında və Şərqi Aralıq dənizində Türkiyənin mənfəətlərinin müdafiəsi davam edəcəkdir.

 

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana etdiyi xəbərdarlıqda deyib.

 

“Sizin bir ərköyün uşağınız var, milli müdafiə nazirlərinə elə deyirlər. Siz ona yiyə durun, bizim təhlükəsizlik qüvvələrimizin əlindən bir qəza çıxmasın” deyə Çavuşoğlu vurğulayıb.

 

Mövlud Çavuşoğlu Jandarm və Sahil Təhlükəsizlik Akademiyası Sədrliyində keçirilən tədbirdə çıxış edərək deyib ki, xarici siyasətdə davamlı bir dostluq və düşmənçilik yoxdur. Türkiyə bütün əlaqələrdə tarazlı siyasət yürütmək üçün cəhd göstərir. Hər kəs öz yerini bilir, heç kəs başqa bir ölkənin xarici siyasətinə müdaxilə edə bilməz. Belə bir haqqı yoxdur. 

 

Egey dənizi ətrafında və Şərqi Aralıq dənizində Türkiyənin mənfəətlərinin müdafiəsini davam etdirəcəklərini qeyd edən Çavuşoğlu “Egey dənizində bizim icazəmiz olmadan addım atıla bilməz. Həm Məclis qərarımızı xatırladırıq, həm də Sahil Təhlükəsizlik və Dəniz Donanması  daxil, mənfi addımlar atıldığı zaman lazım olan cavab verilir. TRT

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar