SON XƏBƏRLƏR

Müctəba Pərvin Ərdəbil zindanından azadlığa buraxılıb

2021.10.20, 07:36
Müctəba Pərvin Ərdəbil zindanından azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Müctəba Pərvin məhkum edildiyi 3 aylıq həbs cəzası başa çatdıqdan sonra Ərdəbilin mərkəzi zindanından azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal dekabrın 15-i günortadan sonra həbsxanadan sərbəst buraxılıb.

 

Bundan əvvəl Müctəba Pərvin Ərdəbil 2 nömrəli Məhkəməsinin 101-ci şöbəsi tərəfindən 3 ay azadlıqdan məhrum edilib. Hökmdə fəalın dövlət mülkiyyətinə ziyan vurma (ayaq zərbələri ilə polis avtomobilinə vurulan ziyan) ittihamı ilə həbs cəzasına məhkum edildiyi qeyd olunub.

 

Hökmdə həmçinin qeyd olunub ki, məhkəmə qərarı Polis İdarəsinin şikayəti əsasında və Ərdəbil Əyaləti Ettelaat İdarəsi və Polis İdarəsinin Təhlükəsizlik Bölümünün raportlarına istinadən çıxarılıb.

 

İyunun 16-da fəala məhkəmə tərəfindən göndərilən çağırış vərəqəsində isə onun “ictimai nizam-intizamı pozmaq və sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə üzləşdiyi qeyd olunmuşdur.

 

Birinci instansiya məhkəməsinin qərarı sonralar Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənib.

 

Müctəba Pərvin oktyabrın 13-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Ərdəbil zindanına aparılmışdır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar