SON XƏBƏRLƏR

Müctəba Zonnur koronavirusa yoluxduğunu bəyan edib- VİDEO

2021.10.20, 07:36
Müctəba Zonnur koronavirusa yoluxduğunu bəyan edib- VİDEO

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komissiyasının sədri Müctəba Zonnur koronavirusa yoluxub.

 

Bu barədə o, yaydığı video müraciətdə məlumat verib və hazırda karantinə alındığını deyib.

 

Zonnur müraciətində İranın koronavirusa qələbə çalacağına ümid etdiyini bəyan edib.

 

 

Qeyd edək ki, bir neçə gün öncə İran Parlamentinin Tehrandan seçilmiş millət vəkili Mahmud Sadiqi, eləcə də Səhiyyə nazirinin müavini İrəc Hərirçi də yaydıqları məlumatda koronavirusa yoluxduqlarını bildirmişdilər.

 

Digər rəsmilər arasında da koronavirusa yoluxma halları ilə bağlı ötən günlərdə xəbərlər yayılıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar