SON XƏBƏRLƏR

Müctəba Zonnur: “Qəti olaraq 4-cü addımı atacağıq”

2021.10.20, 07:36
Müctəba Zonnur: “Qəti olaraq 4-cü addımı atacağıq”

Gunaz.tv

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri Müctəba Zonnur ölkəsinin nüvə öhdəliklərini azaltmaq istiqamətində 4-cü addımı atmaqda qəti qərarlı olduğunu deyib.

 

O, bunun səbəbini razılaşmanı imzalayan digər ölkələrin öz öhdəliklərinə əməl etməməsi olduğunu bildirib.

 

Zonnur bu günki şərait və şərtlər altında İranın nüvə razılaşmasına qayıtmayacağını, tədrici olaraq öhdəliklərini azaltmağa davam edəcəyini qeyd edib.

 

“Onlar bütün öhdəliklərinə əməl etsələr, biz də nüvə razılaşmasına yenidən qayıdıb, üzərimizə götürdüyümüz öhdəliklərin hamısını icra edərik”,- deyə komissiya rəhbəri vurğulayıb.

 

Zonnur verilmiş 60 gün möhlət ərzində Avropa tərəfini “öhdəliklərinə əməl etməyə” çağırıb. O, bu halda İranın yenidən bütün şərtlərə əməl etməsinin mümkün olduğunu vurğulayıb.

 

Komissiya rəhbəri 4-cü və daha sonrakı mərhələlərdə İranın hansı addımlarını atacağının detallarını sadalamasa da, bu istiqamətdə çoxlu variantların olduğunu deyib.

 

Xatırladaq ki, İran Avropanı öz nüvə öhdəliklərinə əməl etməməkdə günahlandıraraq, 2019-cu ilin may ayının 8-də, yəni Amerikanın nüvə razılaşmasından çıxmasının 1-ci il dönümündə avropalılara 60 gün möhlət vermişdi. Rəsmi Tehran bildirirdi ki, bu müddət başa çatana qədər mənafeyi təmin edilmədiyi təqdirdə, üzərinə götürdüyü nüvə öhdəliklərini azaldacaq.

 

3 dəfə atılmış addım çərçivəsində İran uranın zənginləşdirilməsi və depolanması həddi, eləcə də mütərəqqi santrifüjlərlə əlaqəli qəbul edilmiş məhdudiyyətləri pozub.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar