SON XƏBƏRLƏR

Müctəba Zonnur: “Ukrayna təyyarəsinin vurulmasının kiber hücum nəticəsində baş verməsi mümkün deyil”

2021.10.20, 07:36
Müctəba Zonnur: “Ukrayna təyyarəsinin vurulmasının kiber hücum nəticəsində baş verməsi mümkün deyil”

Gunaz.tv

GünAz TV: İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Müctəba Zonnur Ukrayna təyyarəsinin “insan xətası” nəticəsində vurulduğunu bir daha bəyan edib.

 

Onun sözlərinə görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmilərinin apardığı araşdırmalar təyyarənin “insan xətası” nəticəsində vurulduğunu, kiber hücum ehtimalının mümkün olmadığını göstərib.

 

Bir müddət əvvəl Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Əli Abdullahi təyyarənin vurulması hadisəsinin Amerikanın İranın radar sisteminə müdaxiləsi nəticəsində baş vermə ehtimalının olduğunu iddia etmişdi.

 

“Amerikanın kiber hücumu ilə hava hücumundan müdafiə bölmələri ola bilər ki, təyyarəni qanadlı raketlə səhv salmış olsunlar”,- deyə Abdullahi qeyd etmişdi.

 

Xatırladaq ki, yanvarlın 8-i gecə saatlarında “Sepah”ın Ukrayna hava yollarına məxsus Boeing tipli sərnişin təyyarəsini raketlə vurması nəticəsində 176 nəfər ölmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar