SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi Ermənistanı təkzib edir_Sərhədi pozan erməni təxribatçılarının qaytarılması barədə heç bir danışıq aparılmır

2021.10.20, 07:36
Müdafiə Nazirliyi Ermənistanı təkzib edir_Sərhədi pozan erməni təxribatçılarının qaytarılması barədə heç bir danışıq aparılmır

Gunaz.tv
Müdafiə Nazirliyi Ermənistanı təkzib edir Sərhədi pozan erməni təxribatçılarının qaytarılması barədə heç bir danışıq aparılmır Aprelin 28-də Naxçıvanda sərhəddi pozaraq Azərbaycan tərəfə təxribat törətmək məqsədilə keçən 4 erməni-Vanik Zmboyan, Artem Zaqrabyan, Karen Torosyan və Aqasi Yenokyanın qaytarılması barədə Ermənistanla Azərbaycan arasında heç bir müzakirələr olmayıb. Azərbaycan sərhədini pozan təxribatçı ermənilər hələ də Azərbaycanda saxlanılır. Bunu "OLAYLAR"a Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əsirlərin qaytarılması ilə bağlı danışıqlar aparılması barədə verdiyi açıqlamaya münasibət bildirərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, sərhədi pozan 4 erməni hələ də Azərbaycan tərəfdə saxlanılır və onların barəsində danışıqlar aparılmır: "Bu barədə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev heç kiminlə danışıq aparmayıb. Hazırda həmin ermənilərin Azərbaycan tərəfə nə məqsədlə keçdiyi və onların hansı planlar həyata keçirmək istəməsi barədə araşdırmalar aparılır". Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan erməni mətbuatına açıqlamasında deyib ki, Azərbaycan tərəfdə əsir saxlanılan 4 erməninin geri qaytarılması barədə məsələni müdafiə nazirlərinin Bişkek toplantısı zamanı Səfər Əbiyevlə müzakirə edib. Ohanyan 4 erməni ilə bağlı məsələnin mahiyyəti barədə danışarkən onların yollarını azaraq təmas xəttini keçdiyini vurğulayıb. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar