Muğan zindanında saxlanılan azərbaycanlı fəal Kiyumərs İslami aclıq aksiyasına başlayıb

30.07.2018, 06:47

GünAz TV: İyulun 5-i və 6-da keçirilən Babək qalası yürüşü ərəfəsində yaxalanan azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami saxlandığı Muğan zindanında aclıq aksiyasına başlayıb.

 

Əldə olunan məlumata görə, fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq aclıq aksiyası keçirməyə qərar verib.

 

İyulun 28-də aclığa başlayan fəal azadlığa buraxılanadək aksiyaya davam edəcəyini açıqlayıb.

 

K.İslaminin həbsxanada ağır cismi və ruhi işgəncələr altında saxlandığı bildirilir.

 

Fəala qarşı irəli sürülən ittiham və ya ittihamlar barəsində hələlik heç bir məlumat yoxdur.

 

K.İslaminin ailəsi iyulun 26-da Parsabad Məhkəməsinə müraciət edərək hakim tərəfindən fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə Ettelaat İdarəsinin tapşırığı ilə vəsiqəni qəbul etməkdən imtina edib.

 

Fəalın dosyesinə baxan hakim onun ailə üzvlərinə bildirib ki, Kiyumərsin məhkəmə iclası gələn ay (şəhrivər ayı) keçiriləcək, o bu müddətdə azadlığa buraxılmayacaq.

 

Hakim və onun katibinin İslami ailəsinə qarşı kobud davrandığı, onları təhqir və təhdidlərə məruz qoyduqları bildirilir.

 

Bundan əvvəl fəalın dosyesinə baxan hakim onun müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarıb.

 

“Araz” adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O iyulun 3-ü sübh saatlarında Parsabad şəhərində öz evində saxlanılıb. Ettelaat əməkdaşları fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, fəala aid bir çox şəxsi əşyanı özləri ilə götürüblər. Fəal yaxalanarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb.

 

K.İslami bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz