Muğanda baş verən yol qəzasında 2 nəfər həyatını itirib

2020-09-02 13:28

Güney Azərbaycanın qeyri-standart yollar can almağa davam edir. Ərdəbil əyalətinin Muğan bölgəsində baş verən yol nəqliyyat hadisəsində 2 nəfər ölüb, 5 nəfər isə dünyasını dəyişib.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbilin Qızıl Aypara Cəmiyyətinin sədri Məhəmməd Əli Hadinin verdiyi məlumata əsasən,  hadisə sentyabrın 1-də gecə saatlarında Parsabad magistral yolunda baş verib.

 

Fətəli Qışlağı yaxınlığında baş verən qəzada “Səmənd ” və “Prayd” markalı minik avtomobilləri toqquşub.

 

Hadisə nəticəsində Prayd maşının sürücüsü və minik maşınındakı bir sərnişin hadisə yerindəcə ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Yaralananlar Parsabadın “İmam” xəstəxanasına yerləşdirilib.

 

Ərdəbil əyalətinin Tibbi Ekspertiza Mərkəzinin rəisi Əlirza Fərruxinin verdiyi məlumata görə, cari ilin ilk 3 ayında (mart 21-iyun 21) əyalətdə baş verən yol qəzaları nəticəsində 53 nəfər dünyasını dəyişib.

 

Bir müddət əvvəl Ərdəbil yol polisi rəisi polkovnik Məhəmməd Təriqi mediaya açıqlamasında son 5 ildə əyalətin yollarında baş verən qəzalarda 748 nəfərin öldüyünü bildirmişdi. 

 

Güney Azərbaycan yollarında təxminən hər gün insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12