SON XƏBƏRLƏR

Muğanın şahsevən əşayirlərinin festivalı keçirilib – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Muğanın şahsevən əşayirlərinin festivalı keçirilib – VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Dünən Parsabad Fəthəli Qışlağında Muğanın şahsevən elat-əşayir tayfalarının festivalı keçirilib.

 

Cümə günü günortadan öncə Fəthəli Palaz Hamarı Qışlağında keçirilən festivala Muğan əşayirləri başda olmaqla çox sayda insan qatılıb.

 

Qədim mahnıların ifa olunduğu festivalda simvolik olaraq toy mərasimi təşkil olunub, əl işləri və kənd təsərrüfatı məhsulları nümayiş etdirilib.  Mərasimdə şeir oxunmaqla yanaşı əşayirlərə məxsus marş da səsləndirilib.

 

Şahsevən elat-əşayir tayfalarının əksəriyyəti Ərdəbil və Şərqi Azərbaycan əyalətlərində yaşayır. Bu türk tayfası özünəməxsus həyat tərzi ilə məşhurdur. Hazırda Ərdəbil Əyalətində 80 min nəfərdən çox olan 15 min əşayir ailəsi yaşayır. Onların Ərdəbil Əyalətində sayı son iki onillikdə 30 faiz azalıb. Ərdəbil rəsmiləri bunu əşayirlərin gəlirinin az olması ilə izah edir. Şahsevən əşayirləri bir çox istisadi problemlərlə üz-üzə qaldıqları üçün doğma vətənlərini tərk edərək müxtəlif şəhərlərə üz tuturlar.

 

https://www.youtube.com/watch?v=Igj0m3yG3Xs

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar