SON XƏBƏRLƏR

Müharibəyə doğru daha bir addım atıldı. Osetinlər dörd gürcü hərbçisini əsir götürüblər

2021.10.20, 07:36
Müharibəyə doğru daha bir addım atıldı. Osetinlər dörd gürcü hərbçisini əsir götürüblər

Gunaz.tv
Müharibəyə doğru daha bir addım atıldı Osetinlər dörd gürcü hərbçisini əsir götürüblər Gürcüstanın ərazisindəki münaqişələr ətrafında situasiya daha da gərginləşib. İndi müşahidəçilər kimin vəziyyəti ağırlaşdırdığını birmənalı deyə bilmirlər. Bəziləri hesab edir ki, bunları rəsmi Tiflis Kosovo variantını önləmək üçün edir. Yəni Abxaziya və Güney Osetiya ilə müharibə vəziyyəti yaradaraq oraya beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsini istəyir. Bölgədə vəziyyət isə çox təhlükəli səviyyəyə çatıb. Xüsusilə Güney Osetiyanın müharibə həddinə gəldiyini deyirlər. Osetinlər 4 gürcü hərbçisini əsir götürüblər. Onların sırasında bir polkovnik var. Osetin tərəfi gürcülərin kəşfiyyat apardığını deyirsə, Gürcüstan bunun doğru olmadığında israrlıdır. Üstəlik, əsirlərin buraxılmasını tələb edir. Paralel olaraq, osetin və gürcü tərəfinin münaqişə bölgəsinə yaxın ərazilərdən uşaqları köçürməyə başladığı haqqında informasiyalar verilir. Uşaqların köçürülməsi ilə tərəflərin hərbi əməliyyatlara başlaya biləcəyini təxmin edirlər. Osetinlər gürcülərin artıq 40 dayaq nöqtəsi yaratdığını və onların hər birində 40 nəfərin keşik çəkdiyini bəyan edib. Gürcüstan isə osetinlərin bu cür hərəkət etdiyini bildirirlər. Bunlara rəğmən Gürcüstanın Abxaziya ilə sərhədə çoxlu sayda hərbi qüvvə yığdığı barədə informasiyalar gedir. Burada Gürcüstanın məqsədinin Abxaziyaya qarşı hərbi əməliyyat hazırlamaqdan ibarət olduğunu deyirlər. Xüsusilə, gürcü-abxaz sərhədi boyu partlayışların baş verməsi suallar doğurub. Son olaylarda bir neçə adamın həlak olması diqqəti çəkib. ABŞ bütün bunlara reaksiya verərək, "Abxaziyaya beynəlxalq polis yeridilməlidir", kimi həyəcan doğuran bəyanat verib. Amerikanlar rusların sülhməramlı qüvvə kimi funksiyasını yerinə yetirmədiyini ifadə ediblər. Əvəzində Gürcüstanın öz öhdəliklərinə tam əməl etdiyini bildirirlər. ABŞ "hər bir halda Gürcüstan nizamlama qaydalarına əməl edir", cümləsini işlədib. ABŞ-ın Dövlət Katibi Kondoliza Raysın Tbilisiyə səfər edəcəyi haqqında da informasiyalar verilir. Deməli, Amerika aktiv surətdə Gürcüstanı müdafiə etməkdədir. Bu da olduqca maraqlı situasiyanın yarana biləcəyi haqqında danışmağa imkan verir. Məsələ ondan ibarətdir ki, Gürcüstanın Abxaziya və Güney Osetiya istiqamətlərində gərginliyi artırması arxasında özəl məqsədlər durmamış deyil. Bununla rəsmi Tbilisi bölgəyə beynəlxalq qüvvələrin marağının artmasına nail olur. Yəni proseslər ona gedir ki, Gürcüstana Qərb hərbi qüvvə yeritməyə əsas qazanır. Bu da bütövlükdə bölgədə geosiyasi-hərbi situasiyanın dəyişməsi deməkdir. Burada sözün həqiqi mənasında hərbi əməliyyatların başlaması variantı da ola bilər. O halda bölgədə hansı mənzərə yarana bilərğ Hərbi əməliyyatların genişlənməsi nə Qərbə, nə də Rusiyaya sərf edir. Qərbə iqtisadi layihələrə təhlükənin yaranması səbəbindən sərf etmir, Rusiyaya isə Şimali Qafqazda analoji prosesin başlaması ehtimalının az olmadığına görə sərf etmir. Ona görə də hər iki tərəfin lokal savaş modelinə üstünlük verəcəyi daha çox gözləniləndir. Lokal savaş isə süründürməçi vəziyyətin yaranmasına gətirib çıxara bilər. Ancaq bölgədə terrorun vüsət alması kimi mənfi nəticəsi də ola bilər. Çünki burada ermənilərin öz maraqlarının olduğunu heç vaxt unutmamalıyıq. Onlar fürsətdən istifadə edib, müxtəlif yerlərdə təxribatlar törədə bilərlər. Xüsusilə, azərbaycanlıların sıx yaşadığı bölgələrdə bu işləri həyata keçirməyə cəhd edərlər. O baxımdan lokal xarakterli olsa belə, hərbi əməliyyatların başlaması risqlidir. Bunun sonucunda Qərbin Qafqaza hərbi kontingent çıxarması ehtimalı da ürəkaçan deyil. Gürcüstanın Abxaziya və Güney Osetiya istiqamətlərində gərginliyin qalxmasından nə qazanacağını demək çətindir. Bir şey aydındır ki, müharibə yolu ilə hansı tərəfinsə qalib gəlməsi mürəkkəb bir işdir. Ola bilsin ki, burada Soçi olimpiadasına əngəl törətmək variantı da vardır. Bunlara rəğmən fakt göz qabağındadır. Gürcüstanda hərbi durum çox gərginləşib və gözlənilməz hadisələr baş verə bilər. Hər iki tərəf bir-birinə qarşı ağır ittihamlar irəli sürürlər. Savaşın başlaması ilə durum daha mürəkkəb hala gələcək. O mərhələdə prosesləri durdurmaq daha çətin olmayacaqmığ Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar