SON XƏBƏRLƏR

Mühəndis Əlirza Fərşi Məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Mühəndis Əlirza Fərşi Məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal mühəndis Əlirza Fərşi Tehranın Apelyasiya Məhkəməsinə çağırılıb.

 

Fəalın elektron məktubu vasitəsi ilə Apelyasiya Məhkəməsinin 54-cü şöbəsinə çağırıldığı bildirilir.

 

Bundan əvvəl Əlirza Fərşi “Beynəlxalq Ana Dili Günü” mərasimi kampaniyası təşkil etdiyi üçün İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdır. O 2017-ci ildə Tehranın İnqilab Məhkəməsi tərəfindəın 15 il həbs və Xuzistan əyalətinin Bağməlik şəhərində 2 il sürgündə yaşamaq cəzasına məhkum edilib.

 

Beynəlxalq Əfv Təşkilatı 2018-ci il fevralın 21-də geniş bəyanat yayaraq azərbaycanlı fəal barəsində çıxarılan ağır hökmün ləğv edilməsini tələb edib.

 

Məhkəmə hökmündə Beynəlxalq Ana Dili Günü mərasimində iştirak etmək, bununla bağlı kampaniya təşkil etmək və YUNESKO-nun Tehrandakı qərargahının baş katibinə məktubla müraciət edərək ondan mərasimin keçirilməsi ilə bağlı yardım istəmək kimi iddialar Əlirza Fərşiə qarşı irəli sürülən ittihamlara əsas kimi göstərilib.


İran konstitusiyasının 15-ci maddəsinə əsasən məktəblərdə fars dili ilə yanaşı digər yerli dillərin tədris olunması azaddır. Konstitusiyanın bu maddəsi islam inqilabından 40 ildən çox keçməsinə baxmayaraq icra olunmayıb, bu maddənin icrasını tələb edən fəallar isə rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır, uzun illər həbs olunur və müxtəlif təzyiqlərə məruz qalır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar