SON XƏBƏRLƏR

Mühəndis Əmaninin vəfatının ildönümü mərasimi ilə bağlı saxlanılan fəallar müvəqqəti azadlığa buraxılıb

2021.10.20, 07:36
Mühəndis Əmaninin vəfatının ildönümü mərasimi ilə bağlı saxlanılan fəallar müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Mərhum mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar saxlanılan milli-mədəni fəallardan 6-ı ağır mülki vəsiqə qarşılığında Təbrizin Mərkəzi Zindanından azadlığa buraxılıb.

 

Məlumata görə, ümumi nizam-intizamı pozmaq ittihamı üzrə saxlanılan Cəlil Bəyməhəmmədi, Babək Hüseyni Müqəddəm, Hüseyn İsmaili və Yusif Rəzəvi 1 milyard riallıq mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Saxlandıqları müddətdə işgəncə edilən Şəhruz və Şahrox Bərzgərin də 1 milyard riallıq mülki vəsiqə qarşılığında azad edildiyi bildirilir. Lakin onların “müstəntiqi təhqir etmək və saxlanılarkən təhlükəsizlik qüvvələrinə tabe olmamaq” ittihamı ilə üzləşdikləri açıqlanıb.

 

Vəhid Əbhərinin isə çərşənbə günü azadlığa buraxılacağı gözlənilir. Bildirilir ki, bazar ərtəsi günü iş vaxtının başa çatdığından mülki vəsiqə girov qoymağa fürsət olmayıb, çərşənbə axşamı isə iş günü olmadığından fəalın oktyabrın 30-dək azad edilməsi mümkün deyil.

 

Cümə günü saxlanılan fəallardan birinin kimliyini bugünədək müəyyən etmək mümkün olmayıb.

 

Fəallar oktyabrın 26-da Təbrizin Beheşti Məhkəməsinə (Beheşti Dadsərası) aparılıb, onlar hansı ittihamla üzləşdikləri açıqlandıqdan sonra Təbrizin Mərkəzi Zindanına aparılmışdır.

 

Adı çəkilən güney azərbaycanlı fəallar oktyabrın 25-də mühəndis Qulamrza Əmaninin vəfatının 11-ci ildönümü mərasimi ilə əlaqədar Ettelaat əməkdaşları tərəfindən Təbrizdə saxlanılıb.

 

Təhlükəsizlik qüvvələri Şahin və Şəhruz Bərzgərin ata evlərinə hücum edərək onları saxlayıb. Şahidlərin dediyinə görə, Şəhruz saxlanılarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb. Saxlanılanlardan 6-ı isə Maralan qəbiristanlığında mərhum mühəndis Əmaninin məzarını ziyarət etdikləri üçün tutulub.

 

Azərbaycanlı milli fəal mühəndis Qulamrza Əmani 2008-ci il oktyabrın 24-də Cəfər və Kərim adlı qardaşları ilə birlikdə şübhəli yol qəzasında həyatını itirib. O Güney Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mübarizəyə görə uzun illər həbs olunub və ağır işgəncələrə məruz qalmışdır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar