SON XƏBƏRLƏR

Mühəndis Məhəmməd Abdullahiyanın Süngün Mis Mədəninə girişi qadağan edilib – Səbəb?

2021.10.20, 07:36
Mühəndis Məhəmməd Abdullahiyanın Süngün Mis Mədəninə girişi qadağan edilib – Səbəb?

Gunaz.tv

GünAz TV: Mühəndis Məhəmməd Abdullahiyan şirkətə yalnız yerli olmayan işçilərin cəlb olunduğunu ifşa etdiyi üçün Vərziğanın Süngün Mis Mədəninə buraxılmır.

 

M.Abdullahiyan Süngün Mis Mədəninin rəsmi işçisi olduğu halda bölgənin problemlərinə biganə qalmayan soydaşlarımızdan biridir. O pensiyaya çıxanların təqaüdləri arasındakı fərq və köhnə işçilərin qalığ əmək haqqının ləğv olunması, ən əsası isə şirkətə yalnız yerli olmayan işçilərin cəlb olunduğunu ifşa etdiyi üçün şirkət məsullarının qəzəbinə tuş gəlib.

 

Məlumata görə, Süngün Mis Mədəninin müdiri Rza Şərifi Vərziğanın sözdə millət vəkili Rza Əlizadənin “yaşıl işıq” yandırması ilə mühəndis M.Abdullahiyanın şirkətə girişinə qadağa qoyub.

 

Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir. Bundan əvvəl Süngün Mis Kompleksinin müdiri Rza Şərifi İranda istehsal olunan misin 40 faizinin Süngün Mis Mədəninə aid olduğunu bildirmişdir.

Süngün Mis Mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir. Bu şəkildə zəngin mis mədənindən əldə olunan gəlir yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. Bu məsələ yerli əhali ilə yanaşı, vaxtaşırı azərbaycanlı millət vəkillərinin də etirazına səbəb olur.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar