SON XƏBƏRLƏR

Mühəqqiq Ərdəbili Universitetinin öyrənciləri "Azərbaycan tarixi və mədəniyyəti" konfransının ləğv edilməsinə etiraz bildirib - GÖRÜNTÜ

2021.10.20, 07:36
Mühəqqiq Ərdəbili Universitetinin öyrənciləri "Azərbaycan tarixi və mədəniyyəti" konfransının ləğv edilməsinə etiraz bildirib - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, çərşənbə günü  Mühəqqiq Ərdəbili Universitetində "Azərbaycan tarixi və mədəniyyəti" konfransının keçirilməsinə icazə verilməyib.

 

Buna etiraz olaraq öyrəncilər universitetin həyətində bir araya gələrək konfransın təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunmasına etiraz bildiriblər.

 

Azərbaycanlı öyrəncilər “Onlar kitablarımızı yandırdı, bunlar isə gizlətdilər”, “Pəhləvi dostları, o dövrdəki gərçəklərin ifşa olunmasından qorxur” və “Azərbaycan universitetlərinə təhlükəsizlik gözü ilə baxanlar cavab verməlidir” sözləri yazılmış plakatlar qaldırıblar.

 

Xatırladaq ki, "Azərbaycan tarixi və mədəniyyəti" konfransı martın 6-da təhlükəsizlik orqanlarının təzyiqi ilə universitet rəhbərliyi tərəfindən tədbirin başlanmasına bir neçə dəqiq qalmış ləğv olunub.

 

“Xətayi Mədəniyyət Ocağı”nın təşəbbüsü ilə planlaşdırılan mərasimə Məhəmməd Rəhmanifər, Rza Zərgəri, Eyvaz Taha və Mənsur Ciddi kimi ziyalılar dəvət olunmuşdur.

 

Konfransın təşkilatçıları uzun müddətdir tədbirin keçirilməsi xəbərini yayaraq təbliğat aparıb. Tədbirin başlamasına bir neçə dəqiqə qalmış ləğv olunması azərbaycanlı öyrəncilərin kəskin etirazına səbəb olub.

 

Güney Azərbaycanda milli tələblər gündəmə gəldikcə, təhlükəsizlik orqanları mədəni fəaliyyət sahəsinə müdaxiləsini artırır. Son həftələrdə Mühəqqiq Ərdəbili Universitetində keçirilməli olan “Beynəlxalq Ana Dili Günü” konfransı, Təbrizdə Səccad Zeynalinin “Dirəniş eposu” kitabının təqdimat mərasimi və Təbrizdə “Azərbaycan qadın aşıqları konserti” təhlükəsizlik orqanlarının təzyiqi ilə ləğv olunub.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar