SON XƏBƏRLƏR

Mülki geyimli polis əməkdaşları “Traxtur” tərəfdarlarının qarşısından belə qaçdı – VİDEO

2021.10.20, 07:36
Mülki geyimli polis əməkdaşları “Traxtur” tərəfdarlarının qarşısından belə qaçdı – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, yanvarın 5-də Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” və Tehranın “İstiqlal” komandaları arasında görüş keçirilib.

 

Görüşdən əvvəl təhlükəsizlik qüvvələri Tikantəpə, Sulduz, Məlikan (Məlikkəndi), Ərdəbil, Ilıxçı və s. kimi şəhərlərdən Səhənd stadionuna gələn avtobusları yoxlama bəhanəsi ilə saxlayıb minlərlə soydaşımızı geri qaytarmışdır. Soydaşlarımızın stadiona gətirmək istədikləri yazılı plakat və bayraqlar da onlardan alınmışdır.

 

Oyundan bir həftə sonra “Traxtur” tərəfdarlarının yaydığı videoda mülki geyimli polis əməkdaşları və bəsicilərin (yarım-silahlı könüllü dəstələr), “And ola Səttarxana – Biz girərik meydanı” şüarı səsləndirən futbol tamaşaçılarının qarşısından qaçdığı görünür.

https://www.youtube.com/watch?v=m67ieciJ5z8

 

Soydaşlarımız oyun zamanı türklərə qarşı irqçi hərəkətlərə son qoyulması və türk dilində təhsil hüququ ilə bağlı şüarlar səsləndirməklə yanaşı “Azərbaycan bir olsun – Mərkəzi Təbriz olsun” şüarı ilə də çıxış ediblər. Bundan sonra Azərbaycan Respublikasında stadionların birində gənclər Bozqurd işarəsi tutaraq güneyli gənclərin səsləndirdiyi şüara eyni şüarla qarşılıq veriblər. Hər iki Video sosial şəbəkələrdə yayılıb.

https://www.youtube.com/watch?time_continue=1&v=MbfENgbE66I

Güney Azərbaycan

 

https://www.youtube.com/watch?v=sGb_d-duJi4

Quzey Azərbaycan

 

Bu arada tanınmış türkiyəli baş məşqçi Mustafa Dənizlinin “Traxtur” komandasının baş məşqçi postuna gələcəyi barədə xəbərlər yayılmaqdadır. Bu, Azərbaycan komandasının super liqa yarışlarının son görüşlərində zəif çıxış etməsi, klub məsulları, həmçinin komanda tərəfdarlarının baş məşqçi Yəhya Gülməhəmmədiyə etiraz etmələrindən sonraya təsadüf edir.

 

M.Dənizli TRTSPOR Telekanalında danışarkən bildirib ki, “Traxtur” klubunun məsulları ötən həftə Türkiyəyə səfərləri zamanı onunla görüş, baş məşqçi postunu qəbul etməsi üçün müzakirələr aparıblar. M.Dənizli klubun icraçı direktoru Mustafa Acorlunun yaxşı insan olduğunu diqqətə çatdıraraq irəli sürülən təklifi dəyərləndirdiyini bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar