SON XƏBƏRLƏR

MÜNTƏZİRİ XOMEYNİ İLƏ YOLLARINI 13 YAŞLI QIZA GÖRƏ AYIRIBMIŞ

2021.10.20, 07:36
MÜNTƏZİRİ XOMEYNİ İLƏ YOLLARINI 13 YAŞLI QIZA GÖRƏ AYIRIBMIŞ

Gunaz.tv
İran İslam Respublikasının qurucusu ayətullah Xomeyninin canişini olmuş ayətullah Hüseynəli Müntəziri Qumda «Bi-Bi-Si»nin məşhur təhlilçisi Sadıq Səbaya müsahibə verib. Açıqlamalarında indiki rejimi tez-tez tənqid edən Müntəziri bu dəfə mərhum Xomeyni ilə fikir ayrılığının tarixçəsindən söz açıb. Hüseynəli Müntəziri «Media forum» saytının məlumatına görə, Müntəziri Xomeyni ilə ixtilafının 13 yaşlı bir qızın edamından başlandığını deyib: «O zaman müxalif qruplardan birini dəstəklədiyi üçün edama məhkum olunmuş 13 yaşlı qızın xilasına nə qədər çalışsam da, hara müraciət etsəm də, səyim nəticə vermədi. Qız edam edildi. Məhz həmin edamdan sonra ayətullah Xomeyniyə məktub yazaraq bu ədalətsizliyə qarşı etirazımı bildirdim. Mən məktubda ölkədə haqsızlığın baş alıb getdiyini, şah Məhəmmədrza Pəhləvinin xəfiyyəsi ilə müqayisədə ETTELAAT-ın daha dəhşətli qurum olduğunu bildirdim». Müntəziri məhz həmin dövrdən ölkədə insan hüquqlarının kobud və geniş pozulmasını nəzərə alaraq mövcud islam rejimi barədə fikrinin getdikcə dəyişdiyini deyib. Son parlament seçkisinə toxunan ayətullah Müntəziri namizədlərin qeydiyyatına əngəlləri pisləyib və deputatları xalqın seçmədiyini deyib: «Onları bu vəzifəyə yuxarıdan təyin ediblər». Ayətullah Müntəziri islamdan başqa dinə keçən insanların qətlinin vacib olub-olmadığı barədə mövqeyini də açıqlayıb: «Müasir dövrdə insanlar dinini seçməkdə tam azad olmalıdır». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar